Almaniyanın Münhen şəhərində keçirilən dünya kubokunun III mərhələsində Azərbaycan akademik avarçəkəni Nataliya Mustafayeva finala yüksəlib.
Azərbacan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, 27 yaşlı təmsilçimiz bu uğura qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) 2000 metr məsafəyə yürüşdə imza atıb.
Seçmə yürüşdə Mustafayeva finişə 7 dəqiqə 50,53 saniyəyə çataraq, bütün rəqiblərini – litvalı Donata Vistartayte (7:54.00), almaniyalı Mari-Luiz Dregeri (8:09.41), finlandiyalı Ulla Varvionu (8:09.76) və salvadorlu Kamila Varqas Palomonu (8:17.14) üstələyib. Bu nəticə ilə avarçəkənimiz birbaşa yarımfinala çıxıb.
Yarımfinal yürüşündə də Mustafayeva inamla çıxış edərək, finişə birinci çatıb. 2000 metr məsafəni 8 dəqiqə 8,36 saniyəyə qət edən avarçəkənimiz yeni zelandiyalı Emma Tviqq (8:12.60), irlandiyalı Sanita Puspure (8:15.32), norveçli Tale Qyörts (8:17.43), italiyalı Laura Skyavone (8:24.12) və hollandiyalı Nikol Bökersi (8:26.14) qabaqlayıb. Bu nəticə ilə Mustafayeva Tviqq və Puspure ilə birgə finala yüksəlib. Həlledici yürüş iyunun 17-də Bakı vaxtı ilə saat 16:06-da başlanacaq. Avarçəkənimizin daha 3 rəqibi litvalı Donata Vistartayte, belaruslu Yekaterina Karsten və danimarkalı Fie Udbi Eriksen olacaq.
Qeyd edək k, Nataliya Mustafayeva dünya kubokunun I mərhələsində bürünc medal qazanıb, II mərhələdə isə 4-cü yeri tutub.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...