2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək kanoe üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Valentin Demyanenko qızıl medal uğrunda mübarizədə əsas rəqiblərini açıqlayıb.
Azərbacan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, 29 yaşlı idmançımız Beynəlxalq Kanoe Federasiyasının rəsmi saytına müsahibəsində olimpiya çempionluğuna Rusiya və Litva təmsilçilərinin də şanslı olduqlarını bildirib. Demyanenko Ukrayna və İspaniya təmsilçilərini də olimpiya çempionluğuna namizəd sayıb.
Valentin Demyanenko karyerasında ilk dəfə Yay Olimpiya Oyunlarında iştirak edəcək. Elə onun mübarizə aparacağı 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüş də ilk dəfə London olimpiadasının proqramına salınıb. 2008-ci il Pekin olimpiadasında ən qısa məsafəyə - 500 metrlik yürüşdə rusiyalı Maksim Opalev qızıl, ispaniyalı David Kal gümüş, ukraynalı Yuri Çeban bürünc medal qazanıb. Demyanenko ötən il Macarıstanın Seqed şəhərində 200 metr məsafəyə yürüşdə dünya çempionu olarkən, Rusiya təmsilçisi İvan Ştıl gümüş medala yiyələnib, Litva təmsilçisi Yevgeni Şuklin 5-ci olub. Bürünc medalı məhz ispaniyalı Alfonso Benavides qazandığı halda, ukraynalı Yuri Çeban 4-cü yerlə kifayətlənib.
Demyanenkonun bu il çıxış etdiyi ən nüfuzlu yarış Dünya Kubokunun III mərhələsi olub. Rusiyanın paytaxtı Moskvada 1 – 3 iyunda təşkil olunmuş yarışda kanoeçimiz 200 metr məsafəyə yürüşü 4-cü pillədə başa vurub. Qızıl medalı digər kanoeçimiz Andrey Kraytor qazanıb, litvalı Yevgeni Şuklin gümüş, rusiyalı Aleksandr Kostoqlod bürünc medala sahib olub. Ən titullu kanoeçimiz mükafatçılar sırasına düşə bilməməsini məyusluqla qarşılamayıb. Əksinə, o, mövsümə gözəl başladığını bildirib: “Mən London olimpiadası öncəsi özümə əminəm”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...