"Simurq"un kapitanı Rasim Ramaldanov klubun rəsmi saytına müsahibə verib.
- Rasim, daha bir il “Simurq”dasan. Təəssüratların necədir?
- Bəli, artıq müqaviləmin müddətini daha bir il artırdım. “Simurq”da qalmağıma çox şad oldum. Bura mənim artıq doğma evimdir. Həm rəhbərliklə, həm də Zaqatala azərkeşləri ilə yaxşı münasibətlərim var. Rəhbərliklə müzakirələr apardım və ortaq məxrəcə gələrək anlaşdıq. Artıq hər şey qaydasındadır. Digər klublardan da təkliflər var idi. Ancaq fikirləşdim ki, burada qalıb karyeramı davam etdirsəm, yaxşı olar. Dörd ildir artıq “Simurq”un formasını geyinirəm. İnşallah, bu il uğurlu çıxış edib, avrokuboklara vəsiqə əldə edərik.
- Ötən mövsümü necə dəyərləndirərdin?
- Öz karyeram baxımından o qədərdə yaxşı keçmədi. Mövsüm ərzində zədələndim və bir neçə qarşılaşmada komandama kömək edə bilmədim. “Simurq” isə ümumilikdə pis çıxış etmədi. Nəticə istədiyimiz kimi olmasa da, bir çox iddialı kollektivlərlə başabaş mübarizə aparmağı bacardıq. Birinci dövrədə ilk “altılıq” uğrunda mübarizə apardıq. Lakin çempionatdakı fasilədən sonra müəyyən səbəblərə görə, bu istəyimizə nail ola bilmədik. İnşallah, bu mövsüm çatışmayan cəhətlərimizi də tamamlayıb, məqsədimizə nail olarıq.
- Bu həftədən artıq hazırlıq dövrünə start veriləcək. Komandanın təlim-məşq planı haqda nə deyərdin?
- Bəli, tibbi müayinədən sonra gərgin məşq prosesi bizi gözləyir. Xüsusən də fiziki hazırlıq cəhətdən üzərimizdə işləməliyik ki, çempionatın gedişində axsamayaq. İnanıram ki, bu dəfə ki təlim-məşq toplanışı bizə daha yaxşı oynamağa və nəticələr əldə etməyimizə kömək edəcək. Hazırda komandada boşluqlar çoxdur. Yeni futbolçuların cəlb olunması nəzərdə tutulub. Heyət tam və vaxtında formalaşsa, daha yaxşı olacaq. Çalışmalıyıq ki, hazırlıq proqramını ən yüksək səviyyədə tamamlayıb, mübarizəyə hazır olaq.
- Kapitan olaraq komandanın yeni formalaşacaq heyəti haqqında nə düşünürsən?
- Yəqin ki, bu dəfə ki heyətimiz ötən mövsümdən daha güclü olacaq. Çünki rəhbərlikdə bunu istəyir və planlarını bu istiqamətdə qurur. Ancaq onu qeyd edim ki, ötən mövsümdə bizim heyətimizdə yaxşı futbolçular var idi. Xüsusən komandadan ayrılan yerli oyunçular heç kəsdən geri qalmırdılar. Lakin bu rəhbərliyin və məşqçinin qərarıdır. Komandadan ayrılan yoldaşlarıma uğurlar arzulayıram. İnşallah, hər biri layiq olduqlarını komandaların formasını geyinərlər.
- Ötən mövsüm komandada məşqçi dəyişiklikləri oldu. Bu haqda nə deyərdin?
- Əvvəlcə onu qeyd edim ki, hər iki məşqçi işlərini çox yaxşı bilən mütəxəssislərdir. Əsil futbol adamlarıdır. Lakin Sergey Yuranla sona qədər davam edilmədi. Ardıcıl məğlub olmağımız nəticəsində istefaya göndərildi və komanda Georgi Çixradzeyə tapşırıldı. Yeni məşqçimiz demək olar ki, hər şeyi yenidən qurdu. Oyun sistemimizi dəyişdi və nəticədə üst-üstə xallar qazanaraq turnir cədvəlini 9-cu pillədə tamamladıq.
- İstirahətini necə keçirdin?
- İstirahətimi əla keçirdim. Son turdan sonra Rusiyaya getdim. Bir çox kurort şəhərlərini gəzdim. 10 gün ərzində Soçidə, Anapada oldum. Zədəmi tam sağaltmağa çalışdım. Yüngül məşqlər etdim. İnşallah, yeni mövsümə demək olar ki, özümü tam hazır hiss edirəm. İnanıram ki, çatışmayan cəhətlərimi də təlim-məşq prosesində tamamlayıb, çempionata əla şəkildə başlayacam və “Simurq”un uğurları üçün mübarizə aparacam.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...