Mahir Şükürovun şəxsi məşqçisi, eyni zamanda Azərbaycanın əməkdar məşqçisi Sabir Əliyev Qol.Az-a müsahibəsində son vaxtlar yetirməsinin ünvanına yönələn ittihamlara cavab verib.
- Artıq bir çox futbolçular özlərinə yeni klub tapdılar, ancaq Mahirdən hələ də xəbər yoxdur. Bəziləri hətta onun ölkə xaricində olduğunu düşünür. Nə baş verir?
- Heç nə baş verməyib, hər şey qaydasındadır. Mahir Şükürov hazırda Sumqayıtdadır. Tez-tez onunla görüşürük, danışıqlarımız olur, fərdi olaraq, ona məşq keçirəm.
- Bəs onun yeni klubunun adı nə vaxt məlum olacaq?
- Bir neçə klubla danışıqlar gedir və rəsmi razılıq olan kimi, bunu siz də biləcəksiniz.
- Onun bir klubda 6 aydan artıq duruş gətirə bilməməsi də çox tənqid olunur. Hətta deyilənə görə, məhz bu xarakterinə görə, heç bir klub onu heyətinə qatmaq istəmir...
- Mahir haqda bu cür söhbətlərin yayılmasını düzgün saymıram. O, şərəfini qoruduğu hər klubda canla-başla mübarizə aparıb. Düzdür, mənim də məsləhətim o olur ki, çalışsın hansısa klubda stabil, daimi oynasın. Amma bu, futboldu. Bəzən futbolçu özündən də aslı olmadan iş yerini dəyişməli olur. “Qəbələ”də dopinq qalmaqalı, bundan başqa, qırmızı vərəqəyə görə kəsilən cəza Şükürovun oyununa təsir etdi. Amma, bu gün də mən belə düşünürəm ki, Mahir “Qəbələ”nin ən güclü futbolçusu idi.
- Mahirin legioner həyatı yaşamaq şansı var?
- Bəli, var. Ola bilsin ki, elə karyerasını ölkədən kənarda davam etdirsin. Hazırda meneceri bu işlərlə məşğuldu.
- Şükürov xarakterinə görə çox tənqid olunur. Onu pula meyllilikdə ittiham edənlər də var...
- Bu da yalnış fikirlərdi. Mahir heç vacxt pulu üstün tutmayıb. Oynadığı oyun da göz qabağındadır.
- Mətbuatdan gizlənməsi nə ilə bağlıdır?
- Çünki mətbuat onun üstünə çox düşür, onun haqqında həqiqətəuyğun olmayan çox şeylər yazırlar. Bu isə istər istəməz futbolçuya pis təsir edir.
Anar XANLAROV
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası