“Xəzər Lənkəran” azarkeşləri Ruslan Abışova ləqəb qoydu

“Xəzər Lənkəran” azarkeşləri Ruslan Abışova ləqəb qoydu
XƏBƏR 14 İyun 2012 / 18:55 4883
-  A +

Ruslan Abışovun “Neftçi”dən “Xəzər Lənkəran”a transferi lənkəranlı azarkeşlərin ürəyincə olub.

Qol.Az-ın məlumatına görə, buna səbəb Ruslanın məhz əzəli rəqib “Neftçi”dən transferi deyil. Ümumiyyətlə, lənkəranlı fanatların Abışova bir futbolçu kimi simpatiyası var və onun “Xəzər Lənkəran”ın gücünə güc qatacağına inanırlar.

Bu arada “Xəzər Lənkəran” azarkeşləri artıq Ruslana yeni ləqəb də qoyub - “dollar oğlan”.  Məhz bu ləqəbin seçilməsi müdafiəçinin yüksək məbləğə transferi, yəni, futbolçu kimi dəyərinin yuxarı olması ilə bağlıdır. Bununla da lənkəranlı azarkeşlər yeni transferlərinə simpatiyalarını ilk günlərdən büruzə veriblər.

Qeyd edək ki, qeyri-rəsmi məlumatlara əsasən, “Xəzər Lənkəran” Abışova 2 illik müqavilə qarşılığında 1,1 milyon dollar ödəyəcək.

Daha çox


Son xəbərlər
17.11.24  00:01

QOL.az 16 yaşında

16.11.24  16:28

Fliki boğaza yığıb