"Bakı"nın yeni idman direktoru serbiyalı Bojidar Bandoviçin müsahibəsi.
- “Bakı” və Azərbaycan barədə ilk təəssüratlarınız...
- Təəssüratlarım çox gözəldi, Bakı xoşuma gəldi. “Bakı”dan ilk dəvəti iki il bundan qabaq almışdım. O vaxtı buraya gələndə bazada işlər yeni başlamışdı. İndi görürəm ki, aradan keçən iki ildə çox şey tikilib və tikiləcək. Məni bu kluba dəvət etdiyi üçün isə klubun prezidenti Hafiz Məmmədova öz minnətdarlığımı bildirirəm.
- Təyinatınızdan sonra “Bakı”da hansı dəyişikliklər olacaq?
- Klubda böyük dəyişikliklər edilməlidir. Bu dəyişikliklər tədricən aparılacaq. Bunun üçün isə bizə vaxt lazımdır. Baş məşqçi, prezidentimiz Hafiz müəllim, baş menecer Zeynal Məmmədovla birlikdə çalışacağıq ki, bu dəyişiklikləri həyata keçirək. Dəyişikliklər həm də baş məşqçinin sisteminə, futbol fəlsəfəsinə uyğun aparılacaq. Bundan başqa, hazır proqramlardan da istifadə edəcəyik ki, komandanı oyunlara daha yaxşı hazırlaşdıra bilək. Dəyişikliklər tək əsas yox, əvəzedici komanda da həyata keçiriləcək. Bir daha deyirəm, görüləcək işlər üçün vaxt lazımdır. 5 günün içində yeni futbolçular alıb komanda formalaşdırmaq mümkün deyil.
- Qarşıdan Avropa Liqasının, ardınca isə növbəti mövsüm ölkə çempionatının oyunları gəlir. Bu yarışlara hazırlıq və perspektivlər haqda nə deyə bilərsiniz?
- Udub uduzmasından aslı olmayaraq, komandanın bir strategiyası olmalıdır və ona uyğun da hərəkət etməlidir. Biz komandanın hansı tərzdə oynayacağını müəyyənləşdirməliyik. Bu, hücum futbolu da ola bilər, müdafiə futbolu da. Ən əsası, baş məşqçi ilə komandanın oyun fəlsəfəsi üst-üstə düşməlidir. Bu, olmasa, nəticə qazanmaq da mümkün olmayacaq. Əslində bu məsələlərdə klub çox gecikib. Çünki mən deyən işlər çoxdan görülməliydi. İndi vaxtımız azdır. Ancaq çalışmalıyıq ki, bu az vaxt ərzində komandanı hazırlaya bilək. Avropa Liqasındakı məqsədimiz isə bacardıqca uzağa getməkdi. Təbii, 15 gün ərzində yeni futbolçular almaqla komanda formalaşdıra bilməyəcəyik. Çünki hər ölkədən gələn futbolçunun öz xüsusiyyəti var. Mənim əsas istəyim odur ki, komanda yaxşı futbol göstərsin. Hər il heyəti dəyişməyin tərəfdarı deyiləm. Çünki sən, hər il yeni futbolçu almaqla komanda qura bilməyəcəksən. “Bakı” böyük klubdur və gələcəkdə daha da böyük uğurlar qazanmaq üçün gözəl şansları var. Bu dəqiqə çempionluqdan və kubokdan danışmaq istəməzdim. Çünki qarşıma qoyulan əsas məqsəd ilk növbədə komandanın yaxşı futbol göstərməsidir.
Mənbə: "Bakı" TV
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi