“Simurq”da braziliyalı futbolçu

“Simurq”da braziliyalı futbolçu
XƏBƏR 14 İyun 2012 / 14:50 1799
-  A +

“Ademirin klubumuzun düşərgəsinə gələcəyi doğru informasiyadır. Onu bizə menecerlər məsləhət görüb. Amma, onunla birbaşa müqavilə bağlamayacağıq, öncə yoxlanışdan keçirəcəyik. Çünki baş məşqçi bu futbolçunun hazırda hansı səviyyədə olduğunu görməlidir”.

Bu fikirləri Qol.Az-a açıqlamasında “Simurq”un icraçı direktoru Vaqif Əliyev deyib. O, tam adı Ademar Aparekido Xavyer Junior olan 27 yaşlı braziliyalı ilə müqavilənin müddəti haqqında isə bunları deyib: “Əgər futbolçu özünü yaxşı tərəfdən göstərsə, onunla 1 illik müqavilə imzalayacağıq”.

Qeyd edək ki, son iş yeri Moldovanın “Milsami-Ursidos” klubu olan Ademir 2010-cu ildən bu klubda çıxış edir və meydançaya çıxdığı 45 oyunda  15 qol vurub. Peşəkar karyerasına 2005-ci ildə başlayan futbolçu Braziliyanın “Londrina”, Portuqaliyanın “Vitoria de Setubal”, “Rio Ave”, Bolqarıstanın “Vihren”, Rumıniyanın “Qloriya” və Qvatemalanın “Deportivo Xinabajul” klublarında da top qovub. 2001-2002-ci illərdə Braziliyanın U-16 yığmasında çıxış edib.

Daha çox


Son xəbərlər
17.11.24  00:01

QOL.az 16 yaşında

16.11.24  16:28

Fliki boğaza yığıb