İyunun 19-24-də Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı keçiriləcək.
Qol.Az-ın məlumatına görə, çempionatda hər 3 güləş növü üzrə yığma komandalarımız da iştirak edəcək.
Təlim-məşq toplantılarının yekununa əsasən məşqçilər koprusu Zaqrebdə Azərbaycanın idman şərəfini qoruyacaq güləşçiləri müəyyənləşdiriblər.
Avropa çempionatının proqramına əsasən, iyunun 19-20-də sərbəst güləşçilər arasında ən güclülər müəyyənləşəcək. Böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Xorvatiyaya Ruslan Qasımov (50 kq), Qalib Əliyev (55 kq), Əhmədnəbi Qvarzatilov (60 kq), Bəxtiyar İsrafilli (66 kq), Elcan Usubzadə (74 kq), Pərviz Axundov (84 kq), Səid Həmidov (96 kq) və Əli Maqomedibirov (120 kq) yollanacaqlar.
Növbəti 2 gün, yəni iyunun 21-22-də gənc qızlarımız böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Arif Fərmanovun başçılığı altında Avropa çempionatının medalları uğrunda yarışacaqlar. Heyətə Hanna Pavliv (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova (51 kq), Yarina Dubovska (55 kq), Fərəh Rəsulova (59 kq) və Darya Korin (67 kq) daxil edilib.
Avropa çempionatının son 2 günündə isə (23-24 iyun) yunan-Roma güləşçiləri döşək üzərinə çıxacaqlar. Böyük məşqçi İlqar Abdulov və məşqçi Akif Əliyev yığma komandanın heyətinə Murad Bazarov (50 kq), Sakit Quliyev (55 kq), Rövşən Tağıyev (60 kq), Ceyhun Əliyev (66 kq), Şamil Ertuqanov (74 kq), Fuad Əliyev (84 kq), Hacımurad Çöpsiyev (96 kq) və Zaur Mehrəliyevi (120 kq) daxil edib.
Beynəlxalq dərəcəli referi İntiqam Əliyev ölkəmizi hakim kimi Avropa birinciliyində təmsil edəcək.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...