“İnter”in kapitanı Vladimir Levin klubun rəsmi saytına müsahibə verib:
- Ötən mövsüm çox çətin alındı. Buna baxmayaraq, komanda finişi 3-cü yerdə başa vurdu ki, bu da ona avrokuboklarda çıxış etməyə imkan verdi. Başa çatmış mövsüm haqqında fikirlərinizi bilmək istərdik...
- Birinci dövrədə yaxşı nəticələr göstərdik. Çempionatın final hissəsində mübarizə aparmaqda davam etdik və onun nəticələrinə görə mövsümü 3-cü yerdə başa vurduq. Hesab edirəm ki, bu, bizim üçün pis nəticə deyil.
- Azərbaycan milli komandasının toplanışından bu yaxınlarda qayıtmısınız. Bu toplanışların və yoldaşlıq oyunlarının nəticələrini necə qiymətləndirirsən? Andorra (0:0) ilə matç bir çox tənqid və narazılıqlara səbəb olmuşdu.
- Andorra ilə matç barədə deyim ki, oyunumuz alındı, lakin çatışmayan qol oldu. Əgər biz çoxsaylı imkanlarımızdan yararlana bilsəydik, o zaman vəziyyət başqa olardı. Yaponiya ilə görüş haqqında demək istəyirəm ki, orada oynamaq bizim üçün çox çətin idi. Ola bilər ki, böyük məsafə qət etməyimiz təsir göstərdi. Bir də ki, rəqib bizdən güclü idi.
- Çempionatın başa çatmasından sonra mətbuatda belə şaiyələr dolaşırdı ki, komandanı dəyişmək istəyirsən. Bu doğru məlumatdır?
- Səmimi deyim ki, bunun üçün müəyyən zəminlər vardı, ancaq “İnter”də qalmağa qərar verdim. Bu, artıq “İnter”in heyətində keçirəcəyim 9-cu mövsüm olacaq.
- Digər futbolçularla müqayisədə daha az istirahət etdin. Ağır mövsümdən və milli komandanın toplanışlarından sonra məşq prosesinə uyğunlaşmaq çətin olmadı ki?
- Xeyr, çətin olmadı. Ötən mövsümdən uzaqlaşmaq üçün kifayət qədər vaxtım oldu. Evdə yaxşı dincəldim, ailəmlə birlikdə istirahət etdim. İstər fiziki, istərsə psixoloji planda gərginliyi aradan qaldırmağa müyəssər oldum.
- “İnter”i qarşıda Avropa Liqasında çıxış gözləyir. Necə düşünürsən, komanda bu turnirdə məqsədlərinə çata biləcək?
- Azərbaycan klubları hər mövsüm qarşılarına avrokuboklarda maksimal məqsədlər qoyurlar, təəssüf ki, müxtəlif səbəblərə görə məqsədlərinə çata bilmir. Burada çox şey püşkatmadan da asılıdır. “Qarabağ”ın Avropa Liqasında necə yaxşı çıxış etdiyini xatırlayırsınız? Lakin sonradan onların qarşılarına Dormundun “Borussiya” komandası çıxdı.
- “İnter”in ilk təsnifat mərhələsində qarşılaşa biləcəyi komandaların siyahısı artıq məlumdur. Maraqlıdır, bu komandalardan hansını "İnter"in rəqibi qismində görmək istərdin?
- Bəli, mən potensial rəqiblərimizlə tanış olmuşam və deyim ki, onların arasında çox sayda yaxşı komanda var. Gizlətməyəcəyəm ki, bir qədər asan rəqiblə oynamaq istərdim. Lakin istənilən halda hər şey özümüzdən asılıdır. Rəqibdən asılı olmayaraq özümüzü yaxşı tərəfdən göstərməliyik. Uğurlu nəticə əldə etmək üçün bizə var gücümü ortaya qoymaq və yaxşıca çalışmaq lazımdır.
- “İnter” mövzusundan uzaqlaşaq. Artıq Avropa çempionatı başlayıb və çempionatın ev sahiblərindən biri vətəniniz Ukraynadır. Turnirin favoriti olaraq hansı komandanı görürsən?
- Bəli, Avro-2012 turnirinin ev sahiblərindən biri də Ukraynadır və turnirin hər-hansı bir xoşagəlməz hadisə olmadan keçməsini çox istərdim. Ümid edirəm ki, təşkilati məsələlər baxımından problem baş verməyəcək. Favorit barədə heç nə deyə bilməyəcəyəm. Əlbəttə, İspaniya və Almaniya kimi güclü komandalar var, lakin digər komandalar da yaxşıdır, bu turnirdə zəif komandalar yoxdur. Buna görə də, müəyyən sürprizlər gözləmək olar. Nə etmək olar, turnirin gedişini ancaq izləmək və hadisələrin inkişafını gözləmək qalır. Zaman göstərəcək.
- Maraqlıdır, Ukrayna milli komandasının üzvlərindən kiminləsə əlaqə saxlayırsan?
- Xeyr, milli komandada belə futbolçu yoxdur, mən ölkəni çox gənc yaşımda tərk etmişəm. Lakin Ukrayna çempionatında çıxış edən bir neçə futbolçuyla əlaqə saxlayıram. Ünsiyyət saxlayırıq, zəngləşirik və imkan düşəndə görüşürük.
"Sabah"ın "Çelye" ilə oyunöncəsi məşqi - Şəkillər
"Qalatasaray" futbolçusu ilə yolları ayırdı
Karlo Ançelottinin oğlu baş məşqçi oldu - Rəsmi
FİFA PSJ-nin iki futbolçusunu cəzalandırdı
“Fənərbaxça”da yeni müqavilə
"Şamaxı" braziliyalı futbolçu transfer etdi
Baş məşqçinin İnstaqramda futbolçu axtarışı gündəm oldu
“Zirə” yeni futbolçu aldı - “Sabah”da oynayırdı
"Neftçi"dən ayrılan futbolçu bu kluba keçdi
"Real"ın oyunçusunun cəzası bilindi
"Hədəfimiz avrokuboklardır" - "Sumqayıt"ın yeni baş məşqçisi
İspaniyanın hansı klubundan “Qarabağ”lıya təklif olub?
Silva: "Çelsi"nin məşqlərini izləmişəm"
“Sumqayıt”ın yay hazırlıq planı məlum oldu
"Qızıl top" ona verilməlidir, Yamal hələ uşaqdır"
"Sabah" iştirak ərizəsini UEFA-ya göndərdi
"Barselona"nı tərk edir
Final bu topla oynanılacaq
"Tottenhem" Yaponiya millisinin müdafiəçisini transfer etdi
Di Maria 18 ildən sonra doğma klubuna qayıtdı
Misli Premyer Liqa təmsilçisinin ikinci transferi
Saşa İliç “Sumqayıt”a necə gəlib? - Agentdən açıqlama
Əfsanəvi qapıçının oğlu İngiltərə Premyer Liqa klubunda
"Napoli" 50 milyon təzminat ödəməyə hazırdır
Bu gün Avropa kubokları yarışları başlayır
"İnter Mayami" Messi ilə yeni müqavilə imzalayacaq?
"Turan Tovuz" Türkiyədə ilk məşqinə çıxdı - Şəkillər
“Azərlotereya”nın komandası çempion oldu
Marko Verattinin yeni klubu bilindi
Azərbaycanlı UEFA nümayəndəsi ÇL-in oyununa təyinat alıb
"Barselona" onunla yeni müqavilə imzaladığını açıqladı
"Qarabağ"ın Avstriyadakı oyununda 9 qol - Video
“Qarabağ” Ukrayna komandasına uduzdu
"Şamaxı" növbəti transferini rəsmən açıqladı
“Qalatasaray” - “Napoli” danışıqlarında son durum
“Karvan”dan yayın ilk transferi
"Zirə"də yeni müqavilə - Rəsmi
"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə qarşılaşacaq
Misli Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Zirə"nin rəqibinin ulduz futbolçusu karyerasını başa vurdu