“Sumqayıt”ın əvəzedici komandasının baş məşqçisi Vaqif Paşayevin köməkçisi təyin olunan Mübariz Orucov klubun rəsmi saytına açıqla verib:
“Sumqayıt” Futbol Klubu ilə birillik müqavilə imzalamışam. Əvəzedicilərdə Vaqif Paşayevin köməkçisi kimi çalışıb əsas komanda üçün futbolçular hazırlayacağıq. Doğma şəhərimdə futbolun inkişafı üçün əlimdən gələni etməyə hazıram”.
Peşəkar karyerasına Sumqayıtın “Xəzər” komandasında başlayan Mübariz Orucov 1997-ci ildə Masallının “Viləş” klubuna keçib. “Viləş”lə Azərbaycan çempionatında bürünc medallara sahib çıxan 38 yaşlı mütəxəssis 1999-2001-ci illər ərzində “Şəmkir” Futbol Klubunda ardıcıl iki dəfə Azərbaycan çempionu olub. 2001-2006-cı illər ərzində “Qarabağ”ın şərəfini qorumuş Orucov Ağdam təmsilçisi ilə Azərbaycan kubokunu qazanmaqla yanaşı, ölkə çempionatında bürünc medallara da sahib çıxıb. Onun futbolçu kimi sonuncu iş yeri isə “Karvan” olub (2006/2008 mövsümü, Premyer Liqa).
Mübariz Orucov futbolçu karyerasını başa vurduqdan sonra B kateqoriyalı məşqçi kurslarını uğurla başa vuraraq “Qarabağ”da məşqçilik fəaliyyətinə başlayıb. O, Ağdam klubunun U-15 komandasının baş məşqçisi kimi 2009/2010 mövsümünü “Kapital Bank U-15 Liqası”nın çempion kimi tamamlayıb. Onun rəhbərlik etdiyi “Qarabağ”ın U-17 komandası isə 2011/12 mövsümdə gümüş medallara sahib çıxıb.
Qeyd edək ki, Mübariz Orucov Azərbaycan çempionatlarında ən çox forma geyinən 8-ci futbolçudur. O, bu vaxtda qədər milli çempionatlarımızda 311 dəfə meydana çıxıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?