İtaliyanın “Leççe” klubunun iyunun 9-da vətəni Nigeriyada girov götürülmüş futbolçusu Kristian Obodo xüsusi əməliyyat nəticəsində azadlığa çıxıb.
2006-cı Afrika Millətlər Kubokunun bürünc mükafatçısı kilsədə ikən silahlı quldur dəstəsinin hücumuna məruz qalıb.
Onu naməlum istiqamətə aparıblar. 28 yaşlı yarımmüdafiəçini azadlığa buraxmaq üçün quldurlar 190 min dollar tələb ediblər. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Obodo girovluqdan alınıb. Lakin əməliyyatın təfərrüatları açıqlanmır. Hazırda danışmaq iqtidarında olmayan Oboda azadlığa çıxdığı üçün Allaha minnətdarlıq edib.
Qeyd edək ki, Kristian Obodo 2011-2012-ci il mövsümünü “Leççe”də icarə əsasında keçirib. Futbolçunun transfer hüququ 2005-ci ildən “Udineze”yə məxsusdur.
Xəbər: Lent.az
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi