“Mümkünsə, gəl oyna, mümkün deyilsə, “yaxşı yol!”

“Mümkünsə, gəl oyna, mümkün deyilsə, “yaxşı yol!”
XƏBƏR 11 İyun 2012 / 11:52 2411
-  A +

“Koke ilə danışıqlar davam edir. Amma, hələ razılıq əldə olunmayıb. İyunun 15-ə kimi bütün suallara aydınlq gələcək”.

Bu sözləri Qol.Az-a açıqlamasında ispaniyalı futbolçu Kontreras Pardo Sergionun (Koke)  “Bakı”dan ayrılacağı ilə bağlı söhbətlərə aydınlıq gətirən klubun Mətbuat və Marketinqlə əlaqələr Departamentinin rəhbəri Nəriman Mehdiyev deyib.  

Onun sözlərinə görə, tərəflər ortaq məxrəcə gələ bilərsə, eks “Malaqa”lı hazırkı klubunda qalacaq: “Burada hansısa imtinadan söhbət getmir, Koke belə bir fikir söyləməyib. Sadəcə, yeni müqavilə ilə bağlı danışıq aparmaq lazımdır. Bu, bir növ işçi ilə işə götürən arasındakı söhbətə oxşayır. Hər şey qarşılıqlı olacaq, futbolçunun irəli sürdüyü təklifə də baxıb fikrimizi deyəcəyik. Necə deyərlər, “mümkünsə, gəl oyna, mümkün deyilsə, “yaxşı yol!”.

Qeyd edək ki, Koke “Bakı”ya Aleksnadr Starkovun dövründə gəlmişdi

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır