“Neftçi”nin U-15 komandasında oynayan futbolçuların valideynləri Qol.Az saytına məktubla müraciət ediblər.
Həmin məktubda deyilir: “Azərbaycanda son illər futbola olan diqqət və qayğı danılmazdır. Əsas komandalarla yanaşı, uşaq futbolunun tərəqqisinə də xüsusi diqqət göstərilir. Övladlarımızı etibar etdiyimiz “Neftçi” klubunda da onlara hər bir şərait yaradılıb. Bu əməyin nəticəsidir ki, uşaqlarımız öz yaş qrupları üzrə komandalarda çempion oldular.
“Bakı” klubu ilə oyundan sonra baş verənlər bizi valideyn olaraq ciddi şəkildə narahat edir. Biz övladlarımızı futbola göndərərkən onların gələcəkdə futbolumuzun layiqli təmsilçiləri olmasını istəyirik. Hər bir valideynin arzusudur ki, övladının sorağı zirvələrdən gəlsin. Biz onları peşəkar idmançı kimi görməklə yanaşı, tərbiyəli və vətənini sevən vətəndaş kimi böyüməsini istəyirik. “Bakı” klubu ilə oyundan sonra baş verən olaylarda rəqib komandanın rəsmisinin hadisələrin iştirakçısına çevrilməsi bizi məyus etdi. Ələxsus da, Yaşar Seyiovun uşaqlarımızı vurması bizi valideyn kimi narahat edir.
Sizcə, bu oyunu tribunalardan canlı izləyən, eləcə də Bakı klubunun rəsmisinin hərəkətlərini videoyazıdan izləyən valideyn hansı hissləri keçirər? Bu uşaqların cəmi 15 yaşı var. Onlara əl qaldıran şəxs özü də valideyn deyilmi? Bizdə olan məlumata görə, Yaşar Seyidovun oğlu da futbolçudur. Məgər, bizim övladlarımız yad millətdəndir? Seyidovun əl qaldırdığı uşaq, sabah onun oğlu ilə birlikdə Azərbaycan yığmasının şərəfini qorumayacaqmı? Uşağa əl qaldıran insan bilməlidir ki, belə hal uşaqlarda psixoloji sarsıntı yarada bilər. Məhz bu, biz valideynləri narahat edir. Bu halın təkrarlanmaması üçün Yaşar Seyidovun və “Bakı” futbol klububunun sərt şəkildə cəzalandırılmasını tələb edirik”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?