"Neftçi" futbol klubu ötən gün U-15 liqanın "Bakı"ya qarşı keçirilən final oyununda yaşananlarla bağlı rəsmi açıqlama yayıb.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytının yaydığı açıqlamada "Neftçi"nin baş verən bu hadisəni pislədiyi vurğulanıb:
Bəyanatda deyilir: "Son iki mövsümdə "Neftçi"nin qazandığı uğurlar göz qabağındadır. Əsas komandanın ardıcıl iki dəfə çempionluğu bayram etməsi bunu bir daha sübut edir. Bununla yanaşı "Neftçi" PFK-nın əvəzedici heyəti və aşağı yaş qrupları üzrə komandaları da müvafiq çempionatlarda qızıl medallara sahib oldu. Bunun məntiqli nəticəsi kimi "Neftçi"nin bütün yaş qrupları üzrə komandalarında oynayan futbolçular mütəmadi olaraq milli komandanın heyətinə cəlb olunur.
Təəssüf ki, "Neftçi" PFK-nın qısa vaxt ərzində qazandığı bu uğurlar futbolun inkişafını əngəlləyənlərin, hansısa məqsədlərə qulluq edən qüvvələrin qısqanclığına səbəb olub. "Neftçi" PFK olaraq bir daha bəyan edirik ki, bizim heç bir klubla problemimiz yoxdur. U-15 liqasının 07.06.2012 tarixində "Bakı" klubu ilə keçirilmiş final matçında baş verən olaylar "Neftçi" PFK tərəfindən qəti şəkildə pislənir. Həmin görüşdə final fitindən dərhal sonra "Bakı" klubunun qapıçısı Elçin Tağıyevin qırmızı vərəqə almasına baxmayaraq, texniki zonadan kənarlaşdırılmaması və oyun bitən kimi futbolçumuzu vuraraq yerə yıxması xoşagəlməz olayların başlanmasına səbəb olmuşdur.
Bundan sonra "Bakı" klubunun rəsmisi Yaşar Seyidov meydançaya daxil olaraq vəziyyəti sakitləşdirmək əvəzinə, dava edən uşaqlardan birini vuraraq yerə yıxdı. Bunun ardınca Yaşar Seyidov üzünü VİP lojaya tutaraq "Neftçi"nin icraçı direktoru Mübariz Xudiyevə təhrikedici çağırış etməklə onun meydana çıxmasına səbəb oldu. Yaşanan olaylar polis orqanının əməkdaşları, AFFA, "Neftçi" klubunun rəsmiləri, və "Bakı" klubunun digər nümayəndələrinin birgə səyi nəticəsində sakitləşdirildi. Qeyd etmək istərdik ki, KİV-də yayılmış videogörüntülər də yuxarıda yazılanları tam şəkildə təsdiq edir".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?