“İnter”in yeni qapıçısı Revaz Tevdoradze klubun rəsmi saytına müsahibə verib
-Öncə karyeran barədə məlumat verməyini xahiş edirik?
-Peşəkar karyerama “Tbilisi” Futbol Klubunda başlamışam. Sonra Ukraynada Zaporojyenin “Metallurq” komandasında yarımmüdafiəçi mövqeyində oynamışam. Ukraynadan sonra vətənə qayıdıb Qorinin “Dila”, Tbilisinin “Merani” və Qaqra” komandalarında çıxış etmişəm. Bundan başqa, Latviyada “Olimps” klubuna keçmişəm. Sonra yenidən Gürcüstana qayıdıb Batuminin “Dinamo” komandasının qapısını qorumuşam, sonuncu komandam isə “Çixura” oldu.
-Son mövsümdə “Çixura” komandasıyla Gürcüstanın yüksək liqasına vəsiqə qazandınız, lakin buna baxmayaraq, komandanı dəyişərək “İnter”ə gəldin. Maraqlıdır, bu qərar nə ilə bağlı oldu?
-Mən Kaxaber Sxadadze ilə çox yaxşı tanışam, onun rəhbərliyi altında Gürcüstanın gənclərdən ibarət milli komandasında oynamışam. Mənə təklif gələndə dərhal razılıq verdim. Hesab edirəm ki, bu keçid karyeramın inkişafına təkan verəcək, mənə artırmağa və daha yüksək səviyyəyə qalxmağıma kömək edəcək. Bundan başqa, mənə məlumdur ki, “İnter”in əsas qapıçısı Georgi Lomayadır və belə bir tanınmış qapıçı ilə üz-üzə olmaq imkanı da qərarıma təsir göstərdi. Saçxaradan olan komandanın (Çixura) yaxşı sponsoru və imkanları var. Ancaq karyeramı “İnter”də davam etdirmək qərarına gəldim. Düşündüm ki, məni üçün belə yaxşı olar.
-24 yaşın olmasına baxmayaraq, peşəkar karyeranda bir çox komandalarda çıxış etməyə imkan tapmısan. Maraqlıdır, nəyə görə tez-tez komanda dəyişirsən?
-Mən Gürcüstanın müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış etmişəm: U-17,U-19 və U-21. Milli komandada da məni daim klublarda oynamağa vadar edirdilər, buna görə də oyun praktikasından məhrum olmamaq üçün komanda dəyişməyə məcbur olurdum. Axı, gənc yaşında oyun praktikası qapıçının inkişafında böyük rol oynayır.
-Arıtq bir həftədir “İnter”in heyətindəsən. Komanda necə təsir bağışladı və uyğunlaşma prosesi necə keçir?
-“İnter”də bir necə həmvətənlilərim çıxış edir, buna görə də uyğunlaşma ilə bağlı xüsusi problem yaranmadı. Bütün komanda çox mehribandır, bunu elə ilk məşqdə anladım. Ümumiyyətlə, komandada kimin yeni, kimin uzun zamandır oynadığı hiss olunmur. “İnter”də çox yaxşı və xoş atmosfer hökm sürür. Belə şəraitdə məşq etmək çox xoşdur.
-“İnter”də karyerandan nə gözləyirsən?
- Öncədən nəsə demək istəməzdim, lakin komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm. Mənə göstərilən etimadı doğrultmaq üçün gücümü maksimum dərəcədə göstərməyə hazıram. Əgər şans düşərsə, o zaman ondan komanda üçün faydalı istifadə edəcəm.
-Tezliklə “İnter” avrokuboklarda iştirak edəcək. Avropa Liqasındakı mübarizə barədə fikirlərini bilmək də maraqlı olardı...
-Etiraf edim ki, son 2-3 mövsüm “İnter”in oyunlarını izləmişəm və demək istərdim ki, bu komandanın böyük potensialı var. Hazırda komandaya daha bir neçə yaxşı futbolçu cəlb edildi və bizim planlarımızı və vəzifələrimizi yerinə yetirmək üçün yaxşı şansımız var.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?