"Bakı" futbol klubu ötən gün U-15 liqanın “Neftçi”yə qarşı keçirilən final oyununda yaşananlarla bağlı rəsmi açıqlama yayıb.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytının yaydığı açıqlamada deyilir ki, final oyunundan sonra yaşananlar ölkə futboluna başucalığı gətirmir: "Bakı" və "Neftçi" klublarının 15 yaşlı futbolçulardan ibarət komandalarının oyunundan sonra yaşanan qalmaqal bütün idman ictimaiyyətininin hiddətinə səbəb olub.
"Bakı" futbol klubu olaraq bəyan edirik ki, maraqlı mübarizədə keçən idman yarışının başa çatmasından sonra yaşanan insident rəqib komandanın azarkeşlərinin və klubumuza aid olmayan kənar şəxlərin meydana daxil olması nəticəsində baş verib. Biz bunu Azərbaycan idmanına yaraşmayan neqativ hal kimi pisləyir və belə halların bir daha təkrarlanmaması üçün zəruri addımların atılmasını tələb edirik.
Burada xatırlamaq yerinə düşər ki, son illər anoloji qalmaqallar ölkə futbolunda ilk dəfə deyil ki, baş verir. Diqqətçəkən budur ki, onların əksəriyyətində yalnız bir tərəfin adı çəkilir. 2009-2012-ci illər Azərbaycan çempionatının "Neftçi"nin iştirakı ilə keçirilən oyunlarında Coel Epalle, Elvin Əliyev, İbrahim Karqbonun fiziki təzyigə məruz qalması, "Qəbələ" futbol klubunun futbolçularına qarşı güc tətbiq edilməsi, AZAL rəhbərliyinə qarşı hörmətsizlik, "İnter" klubunun oyunçularının döyülməsi kimi faktlar nədənsə, ancaq "Netfçi" ilə oyunlara təsadüf edir.
Aidiyyəti qurumlardan xahiş edirik ki, son qalmaqalla bağlı məsələləri araşdırarkən yuxarıda sadalanan faktların hansı məqamlardan qaynaqlanmasını nəzərdən qaçırmasınlar.
"Bakı" futbol klubu 7 iyun 2012-ci il tarixdə baş verən insidentin araşdırılması və günahkarların cəzalandırılmasını tələb etməklə bərabər, belə utancverici halların baş vermə səbəbi və mənbəyini də üzə çıxararaq müvafiq nəticə çıxaracağına ümid edir”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?