“Nefçi” dünən U-15 liqanın “Bakı”ya qarşı keçirilmiş final matçından sonra klub rəhbərliyi arasında düşmüş əlbəya davayla bağlı məsələyə münasibət bildirib.
Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbasazadə Qol.Az saytına bildirib ki, qarşılaşma başa çatan kimi “Bakı” klubunun 85 nömrəli futbolçusu onların oyunçunu vurub.
G.Abbaszazə insidentlə bağlı daha sonra bunları deyib:
“Bundan sonra ara qarışdı. Hətta həmin futbolçumuzun başı da bartlamışdı. Bizim klubun nümayəndələri matçı VİP lojada izləyirdilər. Dava düşdükdən sonra futbolçuların qardaşları və yaxınları meydana daxil oldular. Bu zaman “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov dava edən uşaqlardan ikisinin üzərinə yeridi. İstər-istəməz belə təəsürat yarandı ki, uşaqları sakitləşdirəcək. Lakin əksinə, Yaşar Seyidov onları aralamaq əvəzinə bizim futbolçunun qardaşı olan şəxsi vurub, yerə yıxdı. Bizim nümayəndəmiz buna etirazını bildirdi ki, Yaşar müəllim, aradanı sakitləşdirmək əvəzinə əksinə niyə qızışdırırsan. Yaşar Seyidov bu sözdən sonra əliylə bizim icraçı direktor Mübariz Xudiyevi aşağı çağırdı. Bundan sonra Mübariz Xudiyev düşdü aşağı. Bundan sonra da aralarında insident yaşandı. Hətta insidentin videoyazısından da görsənir ki, “Bakı” klubunun 15-20 yaxın adamı Mübariz Xudiyevin üzərinə hücum çəkib. Lakin biz insidentin daha da böyüməsinə imkan vermədik və komandamızı bir tərəfə çəkdik. Yaşar Seyidovun deməyi ki, Mübariz Xudiyev uşağı vurub, düzgün deyil. Çünki belə bir şey olmayıb. Hətta stadionda olan jurnalistlərə də uşaqların bədənindəki butsların izlərini göstərərək bunun Mübariz Xudiyevin etdiyini deyib. Mən Seyidovun bunu mətbuata deməsindən tanışam. Mübariz Xudiyevin uşağı vurması tamamilə yalandır. Əgər, Mübariz Xudiyevin hər hansı bir uşağa vurmasını təsdiq edən dəlil varsa, mən içtimaiyyətdən üzr istəməyə hazıram”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?