"Arsenal" klubunun müdafiəçisi Tomas Vermalen komandadan ayrılmayacağını açıqlayıb.
Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, jurnalistlərin sualarını cavablandıran belçikalı futbolçu sonsuza qədər "Arsenal"da oynayacağını bildirib:
"Arsenal"dan ayrılacağımla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Mən Londonu çox sevirəm və ailəm də burada xoşbəxtdir. Hansısa bir komandaya keçəcəyim müzakirə mövzusu ola bilməz. Sonsuza qədər "Arsenal"da oynayacağam. Buradan ayrılmağım üçün də heç bir səbəb yoxdu".
Qeyd edək ki, 2009-cu ildən "Arsenal"ın şərəfini qoruyan Vermalen bu komandanın heyətində keçirdiyi 67 oyunda 13 qola imza atıb.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var