"Çelsi"dən belçikalı futbolçuya 20 milyon funt-sterlinq

"Çelsi"dən belçikalı futbolçuya 20 milyon funt-sterlinq
XƏBƏR 7 İyun 2012 / 17:21 2136
-  A +

Yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edən İngiltərənin "Çelsi" klubu növbəti hədəfini açıqlayıb.

Qol.Az-ın "Daily Mirror"a istinadən verdiyi məlumata görə, London təmsilçisi "Everton"un yarımmüdafiəçisi Maruan Fellainiyə "elçi" düşüb.

Daha öncə Eden Hazard və Marko Marini heyətinə qatan "Çelsi" belçikalı futbolçunun transferi üçün artıq danışıqlara başlayıb. Klubun sahibi Roman Abramoviçin Fellaini üçün 20 milyon funt-sterlinq ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, ötən mövsüm "Everton"un heyətində 31 oyun keçirən Fellaini 3 dəfə rəqib qapılarına yol tapıb.

 


Son xəbərlər