Baş məşqçi təyinatından bir gün sonra öldü

Baş məşqçi təyinatından bir gün sonra öldü
XƏBƏR 7 İyun 2012 / 16:25 1891
-  A +

İspaniyanın tanınmış mütəxəssislərindən olan Manuel Presiado vəfat edib.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, 54 yaşlı mütəxəssis ürək tutmasından dünyasını dəyişib.

Presiado xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Manuel Presiado ölümündən bir gün öncə “Vilyarreal”a baş məşqçi təyin edilmişdi.

Qeyd edək ki, Presiado əsasən 2006-2012-ci illərdə "Sportinq" (Xixon) klubundakı uğuru ilə tanınırdı.


Son xəbərlər
09.07.25  13:19

"Kəpəz"də ayrılıq