“Ağdam Rayon İcra Hakimiyyəti başçısının I müavini olsam da, oyunların təşkilinə şəxsən özüm nəzarət edirəm. Ona görə deyilən ittihamları qəbul edə bilmirəm”.
Bu sözləri Qol.Az-a açıqlamsında Ağdam Rayon İcra Hakimiyyəti başçısının I müavini Zülfi Qasımov deyib. O, “Qarabağ” rəhbərliyinin Quzanlıdakı şəraitdən narazılığına cavab olaraq bildirib ki, səslənən ittihamların əsası yoxdur: “Öncə ot örtüyündən başlayım. Quzanlıdakı örtük hazırda Azərbaycanda ən yaxşıdır. İkincisi, “Qarabağ” Quzanlıya gələndə yerli əhali üçün bayram olur. Gəlin, açıq danışaq, Bakıdakı oyunları 200 adam izləyir, amma Quzanlıda 2000 adam tribunaları doldurur. Hələ xeyli adam da qapı arxasında qalır. O ki qaldı şəraitə, yenə deyirəm, şəxsən özüm təşkilati işlərə nəzarət etdiyimdən deyə bilərəm ki, hər şey lazmı səviyyədə təşkil olunub. Otaqlar da təmizdi, televizor, internet, duş, yeməkxana yəni, hər şey var. Şəraitsizliklə bağlı səsələnən ittihamları qəbul eləmirəm”.
Z.Qasımov hətta “Qarabağ” rəhbərliyinin də Ağdamdakı şəraitdən narazılıq etmədiyini deyib: “Bizim rayon rəhbərliyi olaraq, “Qarabağ” rəhbərliyi ilə heç bir problemimiz yoxdur. Nə vaxt gəlirlər, başçı özü də qarşılayır, görüşür, hal-əhval tutur. Axı, həmin görüşlərdə heç bir şikayət eşitməmişik. Klubun direktoru Əmrah Çəlikəl də razı qalıb, vitse-prezident Tahir Gözəl də. Hətta Tahir bəy özü demişdi ki, deyirlər, yol uzaqdı, amma mən maşınla 3 saata gəldim və rahatlıq tapdım. Qurban Qurbanov da verdiyi açıqlamasında bildirib ki, Quzanlıda oynayanda arxalarında daha böyük dəstək hiss edirlər”.
Zülfi Qasımov hələ ki, duruma müdaxilə etmək istəmədiklərini bildirib: “Gözləyək, görək nə olacaq. Mən inanmıram ki, “Qarabağ” Quzanlıdan imtina edə. Əmrah bəy özü də Qol.Az-a açıqlamasında demişdi ki, əsas stadion kimi hansı arenanın adının qeyd olunacağı çempionatın startı ərəfəsində dəqiqləşəcək”.
Z.Qasımov Quzanlıdakı oyunlar zamanı bilet satışı və stadion rəhbərliyinin buradan gəlir əldə etməsiylə bağlı yayılan söhbətlərə də aydınlıq gətirib: “Bilirsiniz bilet kimlərə satılır? Bir qrup idarə və müəssisələrə. Azarkeşlərə bilet satılmır və oyunlar zamanı qapılar da açıq olur. Həmin satılan biletlərə gəlincə, bu, sırf stadionun xərclərinə və pensiya fonduna sərf olunur”.
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi