"İnter"lə müqaviləsini daha birillik yeniləyən Daniel Genov klubun rəsmi saytına müsahibə verib.
- Başa çatan mövsümü icarə əsasında "Simurq"un heyətində keçirmisən. Oyun praktikasını əldə etmək baxımından bu sizin üçün çox böyük şans oldu. Yekunlaşan mövsümü və "Simurq"un heyətində göstərdiyiniz oyunları necə dəyərləndirərdin?
- Mənim üçün mövsüm pis alınmadı. Georgi Çixradzenin "Simurq"un baş məşqçi postuna gəlişindən sonra daha da yaxşı oynamağa başladım. Hiss edirdim ki, oyundan-oyunda daha çox artırıram. Ümumiyyətlə, artıq özümü "İnter"ə kömək edə biləcək gücdə sayıram.
- Çempionat başa çatandan sonra mətbuatda sizinlə Bolqarıstanın bir neçə klubunun maraqlanması haqqında məlumat yayımlanmışdı. Bilmək istərdik, həqiqətən də belə təkliflər var idi?
- Bəli, elə söhbətlər həqiqətən də var idi. Bolqarıstanın CSKA, "Lokomotiv"(Sofiya) və digər bir klublar mənimlə əlaqə saxlamışdılar, lakin "İnter"in təklifi mənim üçün daha maraqlı idi. Etiraf edim ki, mən də Azərbaycanda qalmaq istəyirdim.
- Maraqlıdır, niyə Azərbaycanda qalmağı doğma ölkənə qayıtmaqdan daha üstün tutdun?
- Artıq 2 ildir ki, Azərbaycandayam. İki mövsüm burada canla-başla çalışıram. Özümü Azərbaycanda sübüt etmək istəyirəm. "İnter"ə kömək etməyi çox arzulayıram, bu komanda üçün fayda vermək və mənə inanan baş məşqçi Kaxaber Sxadadzenin etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm.
- Hazırda "İnter"in heyətində Türkiyədəki təlim-məşq toplanışında iştirak edirsən. Toplanışın gedişi haqqında nə deyə bilərsiniz?
- Normal şəkildə məşq edirik. Hazırlıq öz axarıyla davam edir, heç bir gərginlik yoxdur. Biz rahat şəkildə toplanışı davam etdiririk.
- Uzunmüddətli istirahətdən sonra toplanışa başlamaq çətin olmadı ki?
- Xeyr, heç bir çətinlik yoxdur. Demək istərdim ki, istirahətdə olduğum zamanda da mən hazırlıqları buraxmadım. Bu müddətdə formadan düşməmək üçün fərdi qaydada yüngül məşqlər edirdim.
- Qarşıda "İnter"i Avropa Liqasında çıxış gözləyir. Səncə, komandan bu yarışda özünü yaxşı tərəfdən göstərə biləcəkmi?
- Bunu etmək üçün bizim şanslarımız var. Avrokuboklara yaxşı hazırlaşmaq lazımdır. Komandamız yeni futbolçularla gücləndi və biz öz oyunumuzu Avropada da göstərmək istəyirik. İnanıram ki, çıxışımız uğurlu olacaq.
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu