FİFA dünya yığmalarının növbəti reytinq siyahısını dərc edib. Azərbaycan milli komandası ötən ayla müqayisədə 3 pillə geriləyib.
Hazırda 300 xala malik yığmamız 112-ci yerdə qərarlaşıb. Komandamızın geriləməsinə ötən ay Yaponiyaya 0:2 hesabı ilə uduzması və dünyanın ən zəif millisi sayılan Andorra ilə 0:0 hesablı heç-heçə səbəb olub. “Cırtdanlar” məhz bu heç-heçə sayəsində aktivlərinə ilk xallarını yazıb və 6 pillə irəliləyib. Hazırda 15 xala malik Andorra 199-cu pillədədir. Yaponiya isə 7 pillə irəliləyib. Hazırda 822 xala malik “gündoğar ölkə” 23-cü pillədə yer alıb.
Millimizin 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki bütün rəqibləri də geriləyib. Portuqaliya siyahıda 5 pillə geriləyib və 996 xalla 10-cu pilləyə enib. 2 pillə enən Rusiya yığması 975 xalla 13-cüdür. 427 xalı olan İsrail isə 23 pillə geriləyərək, 81-ci mövqeyə düşüb. 336 xala malik Şimali İrlandiya 3 pillə geriləyərək, 103-cü, 283 xalı olan Lüksemburq isə 2 pillə enərək, 121-ci mövqedə qərarlaşıb.
Siyahıya yenə İspaniya başçılıq edir. Son Avropa və dünya çempionlarının aktivində 1456 xal var. 1 pillə irəliləyən Uruqvay 1292 xalla 2-cidir. Əvəzində Almaniya 1 pillə geriləyib və 1288 xalla 3-cü mövqeyə enib. Türkiyə son 5 yoldaşlıq görüşündən 4-ünü qələbə ilə başa vursa da, 732 xalla 33-cü pillədə qalıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?