Mənsimov braziliyalı futbolçunu komandasına gətirir

XƏBƏR 6 İyun 2012 / 11:52 3063
-  A +

Türkiyə superliqasına vəsiqə qazanan "Kasımpaşa" klubu transfer çalışmalarına başlayıb.

Qol.Az-ın məlumatına görə, Tüerkiyə mediasi "Kasımpaşa"nın İdarə Heyətində yer alan azərbaycanlı iş adamı Mübariz Mənsimovun yeni futbolçuların alınmasına maliyyə vasaiti ayıracağını yazıb. Məlumatda bildirilib ki, Mənsimovun hədəflərindən biri hazırda "Mersin İdman Yurdu"nda çıxış edən Bobonu "Kasımpaşa"ya gətirməkdir.
 
sporx.com saytı bununla bağlı M.Mənsimovun lazımi vəsait ayırdığını da yazıb. Konkret olaraq, "Kasımpaşa"nın Boboya 1 milyon avro verməyə hazır olduğu bildirilib.



 


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu