"Azərbaycan yığması komanda şəklində çox yaxşı oynadı"

XƏBƏR 6 İyun 2012 / 11:44 1651
-  A +

«Hər addımda mübarizəyə şahidlik etdiyimiz oyun oldu. Azərbaycan yığması layiqli qələbə qazandı. Hər iki komandanın müxtəlif vaxtlarda qol vurmaq üçün imkanları olsa da, rəqibimiz bundan daha yaxşı istifadə etdi".

Qol.Az-n məlumatına görə, bu sözləri İslandiya U-21 millisinin baş məşqçisi Eyjolfur Sverrisson Azərbaycan yığmasına 1:2 hesabıyla uduzduqları oyundan sonra bildirib.

"Azərbaycan yığması komanda şəklində çox yaxşı oynadı. Rəqib oyunçular çox qaçdı, pressinq etdi və layiq olduğunu qazandı» - deyə o vurğulayıb.

 


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu