İngiltərənin “Çelsi” klubu Fransanın “Lill” komandasının futbolçusu Eden Azarın transferi ilə bağlı bütün məsələləri yekunlaşdırıb.
London klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Belçika yığmasının hücumçusunun keçidi 40 milyon avroya başa gəlib.
Avropanın ən aparıcı klublarının diqqətində olan 21 yaşlı oyunçu artıq “Çelsi”də tibbi müayinədən də keçib. O, yeni komandasına bütün futbolçuların mövsüm öncəsi hazırlıq prosesinə başlayacaqları iyul ayından etibarən qoşulacaq. Azar deyib: “Nəhayət, belə məşhur kluba keçidimdən şadam. “Çelsi”də debüt edəcəyim günü səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Eden Azar universal futbolçudur. O, həm cinahda, həm hücumameylli yarımmüdafiəçi, həm də hücumçu mövqelərində çıxış edə bilər. Azar 2005-ci ildən çıxış etdiyi “Lill”in 2010-2011-ci il mövsümündə Fransa çempionluğu və ölkə kubokunu qazanmasına yardımçı olub. Belçikalı son iki mövsümdə Fransa Liqasının ən yaxşı oyunçusu sayılıb. “Çelsi” daha öncə Almaniya “Verder”indən Marko Marini alıb.
Xəbər: Lent.az
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?