Azərbaycan çempionatlarının ən sərrast bombardiri Nazim Əliyev Qol.Az-a müsahibə verib
- Hazırda nə işlə məşğulsunuz?
- Heç, bekarçılıqdı. Elit məşqlər olanda onu aparırıq, bundan başqa, çempionat oyunlarına da komissar kimi gedirəm.
- Başa çatanson Azərbaycan Premyer Liqasını necə təhlil edərdiniz?
- “Neftçi” ardıcıl olaraq, ikinci il çempion adını qazandı ki, bunu da normal hesab edirəm. Çünki bu komanda həm heyətini qoruyub saxlaya bildi, həm də digər iddialı komandaların buraxdığı səhvlərdən məharətlə istifadə elədi.
- Çempionatın bombardiri adını yenə əcnəbi futbolçu qazandı. Sizcə, niyə yerli futbolçular ön plana çıxa bilmir?
- Çünki klubların heyətində yer alan hücumçuların böyük əksəriyyəti legionerlərdi. Yalnız “Qarabağ” istisnadır.
- Yerli hücumçulardan diqqətinizi çəkən oldu?
- Rauf Əliyev, Vüqar Nadirovun adlarını çəkə bilərəm.
- Az öncə “Qarabağ”da yerli futbolçuların çoxluğunu və eləcə də Raufla Vüqarın adını qeyd etdiniz. Ancaq maraqlıdır ki, yerli futbolçuların üstünlük təşkil etdiyi komanda da ən çox qol vuran futbolçu legioner oldu. Georgi Adamiyanı nəzərdə tuturam. Bəlkə yerli futbolçuların özlərində də günah var?
- Hardasa bununla da razıyam. Bəli, yerli futbolçular da öz üzərlərində işləməlidir. Ümumiyyətlə, bizim futbolçuların psixologiyasında da zəiflik var, tez həvəsdən düşürlər. Fərrux İsmayılov, Emin Quliyev buna görə futbolu tez atdı. Halbuki, düşünürəm ki, hər ikisi qalıb oynaya bilərdilər. Sadəcə, baxdılar ki, legionerlərə verilən dəyər onlara verilmir, ona görə futboldan getdilər. Bu gün yerli məşqçilərimiz legionerlərdən geri qalmadıqlarını sübut etdilər. Artıq klub rəhbərləri də yerlilərə daha çox üstünlük verməyə başlayıb. Deməli, futbolçularımız da öz oyunları ilə bu inamı qazanmalıdılar.
- Həm keçmiş hücumçu, həm də Azərbaycan çempionatlarının bombardiri kimi bir məsələyə də münasibətinizi bilmək istərdik. Milli komandamızın Yaponiya və Andorra ilə oyununu izlədik. Qol vuran yoxdur. Foqts hücumçulardan şikayətlənir. U-21 məğlub olur Lippert də hücumçulardan şikayətlənir. Dünən U-17 millimiz Gürcüstana uduzdu və baş məşqçi Təbriz Həsənov da hücumçulardan şikayətlənir. Doğurdanmı, bu ölkədə qol vurmağı bacaran hücumçu yoxdur?
- Bilirsiniz necədir, hücumçunun qol vurması üçün onun komandasının hücum futbolu oynaması lazımdır. Komanda hücum futbolu oynamırsa, hücumçu necə qol vuracaq? Gərək taktika hücumameylli qurulsun ki, hücumçunun da bacarığı ön plana çıxa. Yaponiya ilə oyuna baxdım. Az qala bütün komanda ilə müdafiə olunuruq. Belə vəziyyətdə hücumçu necə qol vursun? İkinci hissədə bir qədər qabağa çıxdıq və 1-2 epizod yaxaladıq. Ümumiyyətlə, qorxaq futboldan əl çəkmək lazımdır. İndi bizdə bu kurs seçilib: 0:6, 0:10 hesabıyla uduzmayaq, daha az top buraxaq. Amma, mən düşünürəm ki, böyükhesablı məğlubiyyətdən qormaq lazım deyil və hücum etmək lazımdır. Bundan başqa, əgər çempionatımızın səviyyəsinin qalxdığını deyiriksə, niyə hücum futbolu oynamaqdan qorxmalıyıq?
Anar XANLAROV
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu