“Elxan Məmmədovun verdiyi açıqlama ilə mən də tanışam. Belə baxanda o, düz deyir, Vaqif özü üçün futbol oynayır. Ümumiyyətlə, istənilən futbolçu ilk növbədə özü üçün oynayır, sonra azarkeş üçün. Məsələn, oğlum bu gün “Qarabağ”da forma geyinir, oradan maaş alır və bunun müqabilində oynayır. Elxan müəllim də məhz bu məqamı nəzərdə tutub Vaqifin özü üçün futbol oynadığını deyib”.
Bu sözləri Qol.Az-a açıqlamasında veteran futbolçu Füzuli Cavadov deyib. O, oğlu Vaqifin yenidən milliyə dəvət alacağına inandığını bildirib: “Bu məsələdə qərarı baş məşqçi Berti Foqts verir. Elxan müəllim özü də deyib ki, Vaqif formada olsa milliyə cəlb olunmaq şansı yüksəkdir. Odur ki, futbolçu öz üzərində işləməli, daha da artırmalı və milliyə dəvət almalıdır”.
Ata Cavadov oğlunun legioner həyatı yaşayıb-yaşamayacağı məsələsinə də aydınlıq gətirdi: “Vaqifin hazırda ölkə xaricinə gedişi gündəmdə deyil. O, “Qarabağ”ın futbolçusudur və bütün fikrini də bu kluba yönəldib. Həm də bizim “Qarabağ” rəhbərliyi, baş məşqçi Qurban Qurbanovla yaxşı münasibətimiz var, Vaqif özü də ən yaxşı vaxtlarını bu klubda keçirdib”.
Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov bu yaxınlarda verdiyi açıqlamasında “Vaqif Azərbaycan millisi üçün yox, özü üçün oynayır” ifadəsini işlətmişdi.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?