“İnter”in yeni transferi Elşən Podaov İnter TV-ə müsahibə verib.
- “İnter”ə keçidin necə baş tutdu?
- “Kəpəz”lə müqaviləm başa çatmışdı. Düzü, ilk olaraq, Gəncə klubundan təklif gözləyirdim. Ancaq “Kəpəz”in maraq dairəsində olmadığımı görüncə, özümə yeni klub axtarmağa məcbur oldum. “İnter”in mənimlə maraqlandığını eşitdim, baş məşqçi ilə görüşüb danışdıq, razılığa gəldik və növbəti mövsümdən “İnter”in formasını geyinəcəm.
- 6 il öncə də “İnter”in şərəfini qorumusan. Bu amil komandaya daha tez uyğunlaşmağına yarım edəcək?
- İlk gündən gözəl bir kollektivə düşdüyümü gördüm. Fikrimcə, uyğunlaşma prosesində elə bir problem yaşanmayacaq. O ki, qaldı 2006-cı ildəki komanda ilə bu günkü komandanın müqayisəsinə, deyərdim ki, 2006-cı ildən bu yana “İnter”də çox şey dəyişib.
- Artıq 4 gündür ki, toplanışa başlamısınız. Gedişatla bağlı nə deyə bilərsən?
- Gündə iki məşqimiz olur. Səhərlər qaçış, axşamlar toplu çalışmalar. Hələ ki, hər şey normaldı.
- Əsas heyətdə səndən başqa daha iki təcrübəli qapıçı var. Özünü rəqabətə hazır sayırsan?
- Heç vaxt rəqabətdən qaçmamışam. Əksinə, bu amil futbolçunun artırmasına kömək edir. Bildiyiniz kimi, “İnter”in qapıçılarla işləyən məşqçisi Cəmaləddin Əliyevdi və onunla işləmək mənim üçün böyük şərəfdi.
- Qarşıdan Avropa Liqasının oyunları gəlir. Səncə, “İnter” bu turnirdə layiqincə çıxış edə biləcək?
- Ayın 15-də püşkatma olacaq. İlk mərhələdə hansı komandanın bizə rəqib olacağından çox şey aslıdır.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?