Ronaldinyo özünə yeni klub tapdı

Ronaldinyo özünə yeni klub tapdı
XƏBƏR 5 İyun 2012 / 11:18 2361
-  A +

Braziliyanın "Atletiko Mineyro" klubu ötən həftə qalmaqallı şəkildə "Flamenqo"dan ayrılan Ronaldinyonu heyətinə cəlb edib.

Qol.Az-ən xəbərinə görə, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Transferin təfərrüatı açıqlanmayıb.

Xatırladaq ki, "Flanmenqo"dan dörd aydır maaş ala bilmədiyini iddia edən Ronaldinyo məhkəməyə üz tutub. Məhkəmə isə futbolçunu mübahisə tərəflərindən biri kimi qəbul edərək ona azad agent statusu verib.

Klubdan isə bildirilib ki, klubun Ronaldinyoya onun iddia etdiyi qədər pul borcu yoxdur.

Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu