Rusiyanın “Qazprom” şirkəti növbəti mövsümdən etibarən futbol üzrə Çempionlar Liqasının sponsorları siyahısına qoşulacaq.
Bu barədə şirkətin idarə heyətinin sədri Aleksey Miller açıqlama verib.
O bildirib ki, müvafiq anlaşma ən yaxın müddətdə bağlanılacaq. “Qazprom” hazırkı sponsorlardan birini əvəzləyəcək. Gələn mövsümdən isə şirkətin loqotipi turnirin oyunlarında olacaq.
Qaydalara əsasən, Çempionlar Liqasının sponsoru 8-dən çox şirkət ola bilməz. Onlar meydançanın perimetri boyunca hərəyə 4 reklam lövhəsi, hər oyuna müəyyən sayda bilet, oyundan öncə və sonrakı müsahibələr zamanı loqotiplər üçün yer alırlar. Sponsorlara Çempionlar Liqası matçları arasındakı fasilələrdə reklam vaxtı verilir.
Qeyd edək ki, hazırda Çempionlar Liqasının sponsorları “UniCredit Group” banklar qrupu, Yaponiyanın “Sony” korporasiyası, “Ford” avtomobil şirkəti, Beynəlxalq ödəniş sistemi “MasterCard” və “Heineken” pivəsidir. Habelə “Adidas” (top təminatçısı), “Konami” (Çempionlar Liqasının rəsmi video-oyununun yaradıcısı) və “Jacques Lemans” (saat brendi) də turnirlə əməkdaşlıq edir.
Xəbər: Lent.az
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?