"Bu kuboka sahib çıxmaq asan deyil"

"Bu kuboka sahib çıxmaq asan deyil"
XƏBƏR 5 İyun 2012 / 00:48 1568
-  A +

"Təbii ki, bu cür yüksək səviyyəli turnirin qalibi olduğumuz üçün çox sevinirik. Belə güclü komandaların iştirak etdiyi turnirdə kuboka sahib çıxmaq asan deyil". 

Qol.Az-ın məlumatına görə, bu sözləri 17 yaşlı futbolçulardan ibarət Gürcüstan milli komandasının baş məşqçisi Nodar Akobia millimizlə oyundan sonra (1:0) deyib.

Gürcüstanlı mütəxəssis görüşlə bağlı daha sonra bunları bildirib: "Düşünürəm ki, çox maraqlı final oyunu izlədik. Nadir hallarda bu yaş qrupuna aid komandaların ifasında belə baxımlı oyunun şahidi oluruq. Azərbaycan yığmasına gələcək turnirlərdə uğurlar arzulayıram»

 

Daha çox


Son xəbərlər
topaz banner