Ya “Neftçi”, ya “Bakı”

Ya “Neftçi”, ya “Bakı”
XƏBƏR 4 İyun 2012 / 18:38 3329
-  A +

Son günlər mətbuatda Azərbaycan millisinin üzvü Mahir Şükürovun Rusiya Premyer Liqasında çıxış edəcəyinə dair informasiyalar dolaşır.

Qol.Az-ın əldə etdiyi məlumata görə, həqiqətən də Şimal qonşularımızın 2-3 klubu Mahirin xidmətində maraqlıdır. Ancaq hələ ortada konkret bir şey yoxdur.
 
Rusiya variantı alınmasa, futbolçu karyerasını vətəndə davam etdirəcək. Mahirin qarşısında isə iki seçim var: “Neftçi” və “Bakı”. Hər iki klubun Şükürovu heyətində görmək istədiyi deyilir. Son seçimi isə, futbolçu edəcək.

Qeyd edək ki, Mahirin son klubu “Qəbələ” olub.

Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu