“Qəbələ”nin sabiq futbolçusu və kapitanı Lyuba Baranin Qol.Az-a müsahibə verib.
- Azərbaycandan gedəndən sonra nə işlə məşğulsan?
- Bir həftə dincəldim, ardınca məşqlərə başladım. Hazırda Serbiyadayam.
- Yeni təkliflər var?
- Bu işlərlə menecerim məşğul olur. Çalışacağam elə klub tapım ki, məqsədi, iddiası olsun.
- “Qəbələ”dən ayrılmağın çoxları üçün gözlənilməz oldu. Çünki gəldiyin gündən bu komandanın aparıcı oyunçusu, sonra isə kapitanı oldun...
- Mən də istəməzdim ki, “Qəbələ”dən ayrılım. O klub mənə doğma idi, orada çox gözəl günlər keçirdim, özümə yaxşı dostlar tapdım. Klub rəhbərliyi ilə gözəl münasibətim var idi. Ümumiyyətlə, “Qəbələ” rəhbərliyi futbolun inkişafı üçün çox böyük işlər görür. Ancaq təəssüf ki, hər şey bu cür alındı. Problem baş məşqçi ilə bağlı oldu. Fatih Kavlak məni komandasında görmək istəmirdi.
- Səbəbini demədi?
- Hər məşqçinin öz fikri ola bilər. Görünür, onun futbol fəlsəfəsində mənə yer yox idi.
- Yenidən Azərbaycana qayıda bilərsən? Məsələn, son zamanlar adın “Bakı” ilə yanaşı hallanır...
- Təklif olarsa niyə də qayıtmayım? Azərbaycanda özümü çox rahat hiss eliyirdim. Konkret “Bakı”ya gəlincə, bu klubdan mənimlə əlaqə saxlayan olmayıb.
- Klubsuz qalmaq maddi durumuna təsir etmir ki?
- Təbii ki, futbolçunun əsas gəliri futboldan olur. Amma hələ ki, “Qəbələ”dən yeni ayrılmışam. Uzun müddət futbolsuz qalsam, yəqin ki, maddi durumuma da təsir edər.
- Eşitdiyimizə görə, Milan Antiç Azərbaycana gələndə şəxsi avtomobilini sənə verib...
- Hə, elədir. O, Qəbələdə təşkil olunan turnirə yollananda danışığımız belə oldu ki, hələlik onun avtomobilini mən idarə edim.
- Səni Azərbaycanda ən çox məşhurlaşdıran uzun aut atışların idi. Maraqlıdır, bunun sirri nədə idi?
- Burada heç bir sirr yoxdur. Sadəcə, uşaq vaxtlarından bunun üzərində işləmişəm.
- Bildiyimizə görə, Serbiyanın gənclər millisində oynamısan. Nə əcəb, bu istedadından əsas millidə istifadə etməyiblər?
- Mən sizə bir söz deyim. Gənclər yığmasında hazırda “Mançester Yunayted”də forma geyinən Nemanya Vidiçlə birgə çıxış etmişik. Hətta onunla eyni mövqeyin oyunçusuyuq. Sizcə, Nemanya Vidiç olan yerdə Baranini milliyə çağırarlar?
Anar XANLAROV
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün