Dünən Qəbələdə başa çatan 15 yaşlı futbolçular arasında I “Gabala Cup” turnirinin finalını idarə edən Orxan Məmmədov Qol.Az-a müsahibə verib.
- Öncə turnirlə bağlı təəssüratını öyrənərdik...
- Turnir çox yüksək səviyyədə təşkil olunmuşdu. Şəxsən özüm ilk dəfə idi yüksək səviyyəli turnirin finalını idarə edirdim və çox böyük zövq aldım. Təşkilatçılıq super idi. Qonaqların qəbulu, yerləşdirilməsi, qidalanması bir sözlə, heç bir nöqsan tapmaq mümkün deyildi. Adətən ilk təşkilatçılıqlarda müəyyən qüsurlar olur. Ancaq “Qəbələ” klubu hər şeyi o qədər peşəkar təşkil etmişdi ki, sanki dəfələrlə bu cür turnirlər təşkil ediblər. Nümayəndələrinin də hamısı eyni geyimdə, hamısı ingilis dilini təmiz bilirdi. Oyunlara gəlincə, əsl Avropa səviyyəli futbolun şahidi olduq. İştirakçılar Avropanı təmsil edirdi. Ancaq mən deyim ki, Azərbaycanı təmsil edən “Qəbələ” və “Qarabağ” da avropalı həmkarlarından geri qalmadılar, onlarla başa-baş oynadılar, onların tempi ilə ayaqlaşa bildilər. Bundan başqa, əvvəllər görürdün ki, hakimə etiraz olurdu, danışırdılar amma, bu dəfə bunun da şahidi olmadıq. Bu isə onu göstərir ki, artıq bizim klublarımız da peşəkarlığa doğru gedirlər.
- Gələk final oyununa...
- Bildiyiniz kimi, finalda Türkiyənin “Qalatasaray” klubu ilə Serbiya yığması komandası qarşılaşırdı. İlk 15 dəqiqə çox sakit keçdi. Hətta düşündüm ki, rahat olacaq. Ancaq tədricən gərginlik artmağa başladı. İlk 20 dəqiqədən sonra qarşılaşmanın final oyunu olduğunu hiss etməyə başladım. Oyunun gedişində hər iki komandanın futbolçuları çalışdılar ki, hakimlərə təsir etsinlər amma, hakimlər briqadası təsir altına düşmədi. Matç da çox maraqlı alındı. Baxmayaraq ki, “Qalatasaray” azlıqda oynamalı oldu, ancaq oyunsonrası penaltilərlə rəqibini məğlub edib turnirin qalibi adını qazandı.
- Yerli gəlmişkən, qırmızı vərəqə epizodunda türklər sənə etiraz etdilər. Qərarla razı deyildilər?
- Orada vəziyyət belə oldu ki, ikili mübarizədən sonra serbiyalı futbolçu zədələnərək yerdə qaldı. Bu zaman “Qalatasaray”ın futbolçusu ona yaxınlaşıb kobud rəftar elədi. Sonra isə vurmağa cəhd etdi. Orada etiraz ona görə idi ki, türk futbolçu zərbə vurmayıb. Amma siz də bilirsiniz ki, FİFA-nın qaydalarına görə, vurmaq və vurmağa cəhd eyni şeydir. Yəni, vurmağa cəhd də qırmızı vərəqə deməkdir və mən də buna uyğun olaraq hərəkət etdim. Oyundan sonra təltifolunma mərasimində “Qalatasaray”ın nümayəndələri özləri də yaxınlaşıb qırmızı vərəqəinin haqlı olduğunu etiraf etdilər.
- Adətən bu sualı futbolçulara veririk amma, siz hakimlər də onlarla eyni meydançaya ayaq basdığınızdan fikriniz maraqlıdır. Təbii meydançada oyun idarə etməklə, süni meydançada oyun idarə etmək arasında hansısa fərq var?
- Əlbəttə var. Düzdür, hakimlər futbolçular kimi mübarizə aparmırlar amma, eyni meydançada qaçırlar. Etiraf edim ki, süni meydançada oyun idarə etdikdən sonra bizim də belimizdə, ayaqlarımızda ağrılar olur. Həm də nəfəs almaq daha çətindir. Üstəlik, süni meydançalarda oyunlardan əvvəl qazonu sulayırlar ki, bu da yerə dəyəndən sonra topun sürətini daha da artırır. Bir sözlə, süni örtükdə oyun idarə etmək ikiqat fiziki güc tələb edir. Amma təbii örtük fərqlidir. Məsələn, Qəbələdəki təbii örtüklü meydançaları gördüm, adam heyran qalır. Bu cür meydança səni məcbur eliyir ki, qaçasan.
Anar XANLAROV
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu