Nani "Mançester Yunayted"dən ayrılır

Nani "Mançester Yunayted"dən ayrılır
XƏBƏR 4 İyun 2012 / 03:12 2576
-  A +

"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Luiş Nani komandadan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "RTP" kanalına danışan portuqaliyalı futbolçu "Mançester Yunayted"lə anlaşmazsa, komandadan ayrılacağını açıqlayıb:

"Futbol sadəcə İngiltərə və İspaniyadan ibarət deyil. Hazırda mənə bir çox ölkədən təkliflər var. Ancaq əsas məqsədim "Mançester Yunayted"də qalmaqdır. Çünki burada xoşbəxtəm. Lakin Mançester təmsilçisi ilə anlaşa bilməsəm, o zaman digər təklifləri dəyərləndirəcəyəm".

Qeyd edək ki, "Mançester Yunayted" rəhbərliyi daha öncə 25 yaşlı futbolçu ilə danışıqlar aparsa da, tərəflər maliyyə məsələsində razılığa gələ bilməmişdi.

Daha çox


Son xəbərlər
topaz banner