“Xəzər Lənkəran” bu gündən məşqləri bərpa edir

XƏBƏR 28 Aprel 2009 / 13:23 2299
-  A +

Ölkə çempionatının XXIII turunda “İnter”lə oyunda əzmkar heç-heçəyə (2:2) nail olan “Xəzər Lənkəran”lı futbolçular matçdan sonra qısa müdəttli məzuniyyətə buraxılmışdılar. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, baş məşqçi İqor Ponomaryovun hazırlıq planına əsasən, futbolçular bu gündən etibarən Lənkəranda məşqləri bərpa ediblər. “Xəzər-Lənkəran” növbəti oyununu mayın 3-də premyer-liqanın XXIV turu çərçivəsində öz meydanında “Qəbələ”yə qarşı keçirəcək.


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

topaz banner