Sumqayıt stadionunda söküntü işləri davam edir

Sumqayıt stadionunda söküntü işləri davam edir
XƏBƏR 1 İyun 2012 / 15:15 1914
-  A +

Ölkə başçısı İlham Əliyevin “2005-2015-ci illərdə futbolun inkişafına dair dövlət proqramına” əsasən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təmir işlərinə start verilməsi haqqında informasiya vermişdik.

Qol.Az-ın əldə etdiyi məlumata görə, “Sumqayıt Futbol Mərkəzi” adlanacaq lahiyədə ilkin olaraq, yardımçı meydançaların inşası nəzərdə tutlub. Artıq arenanın ərazisinə daxil olan tennis kortu tamamilə sökülüb başa çatıb. Onun yerində standardlara uyğun böyük meydançanın salınması planlaşdırılır. Digər meydança isə “Katok” adlanan qış idman kompelskinin yerində inşa olunacaq. Ümumilikdə ilkin mərhələdə 2 süni və 1 təbii meydançanın salınması nəzərdə tutulub.

Son xəbərlər