Pavels Dorosevs: "Jurnalistə açıqlama vermək futbolçunun borcudur”

Pavels Dorosevs: "Jurnalistə açıqlama vermək futbolçunun borcudur”
XƏBƏR 31 May 2012 / 18:14 2247
-  A +

“Meydançada tamam fərqli insan oluram, həyatda tamam fərqli. Oyun vaxtı bəzən əsəblər tarıma çəkilir, hisslərini cilovlaya bilmirsən, kiminsə üstünə qışqırırsan. Ancaq oyundan sonra bunlar yaddan çıxır. Həyatda çox sakit insanam”.

Bu fikirləri Qol.Az-a açıqlamasında “Qəbələ”nin transferə çıxardığı qapıçısı Pavels Doroşevs deyib.

O, jurnalistlərlə münasibətinə də toxunub: “Mənim heç vaxt jurnalistlərlə problemim olmayıb. Axı, nə problem ola bilər? Onlar öz işlərini görür, mən də öz işimi. Odur ki, heç vaxt müsahibədən, açıqlamadan qaçmamışam. Jurnalistə açıqlama vermək, futbolçunun borcudur”.

Qapıçı Qəbələdəki həyat tərzindən də danışıb: “Prinsipcə, Qəbələni Bakı ilə müqayisə etmək olmaz. Qəbələnin təbiətinə söz ola bilməz. Hər şey gözəldir. Sadəcə, məşğuliyyət yoxdur. Bu mənada, Bakı daha yaxşıdır, adam darıxmır. Amma belə götürəndə, peşəkar futbolçu üçün bu cür şeylərin heç bir əhəmiyyəti olmamalıdır. Hansı bölgəni təmsil edirsənsə, orada məskunlaşıb ancaq futbol haqqında düşünməlisən”.

Qeyd edək ki, Doroşevs gəldiyi gündən “Qəbələ”nin əsas qapıçısı olub. Lakin Fatih Kavlak baş məşqçi postuna gələndən sonra latviyalı ilə işləmək istəmədiyini açıqlayıb. Klub isə baş məşqçinin istəyinə uyğun olaraq, klubla 1 illik müqaviləsi olan Pavelsi transferə çıxardıb. Hazırda futbolçu klubdan kompenssasiya tələb edir və məsələ açıq qalır.

Son xəbərlər
16.11.24  16:28

Fliki boğaza yığıb