Uşaq futbolunun inkişafını daim diqqət mərkəzində saxlayan, bu istiqamətdə böyük layihələr həyata keçirən “Qəbələ” Futbol Klubu daha bir möhtəşəm layihə reallaşdırır.
Qol.Az-ın məlumatına görə, klubumn təşkilatçılığı ilə Qəbələdə 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında beynəlxalq turnir təşkil edilir. Bir çox cəhətdən ilklərlə zəngin I Qəbələ Kuboku ölkəmizdə aşağı yaş qrupları üzrə klublar arasında keçirilən birinci beynəlxalq turnir kimi tarixə düşəcək. Bundan əlavə turnir həm də Azərbaycanda Qərbi Avropa təmsilçilərinin iştirakı ilə baş tutan ilk turnir kimi yaddaqalan olacaq . Avropanın tanınmış klublarının – “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Brondbü” (Danimarka), Serbiya Yığma Komandasının iştirakı ilə keçiriləcək turnirdə Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunacaq.
31 may – 4 iyun tarixlərində baş tutacaq turnirdə komandalar ilkin mərhələdə qruplarda mübarizə aparacaqlar. A qrupunda “Qəbələ”, “Brondbü”, “Qalatasaray” və “Vilyarreal”, B qrupunda isə “Qarabağ”, “Feyenoord”, “Levante” və Serbiya MK münasibətlərinə aydınlıq gətirəcəklər. Qrup oyunları mayın 31-i və iyun ayının 1-i, yarımfinal qarşılaşmaları və final isə iyunun 3-ü keçiriləcək.
I Qəbələ Kuboku ölkəmizin tanınmış futbol adamları və federasiya rəsmiləri ilə yanaşı həm də ölkə xaricindən gələcək yüksək titullu futbol adamlarının iştirakı ilə da əlamətdar olacaq. Belə ki, “Feyenoord” Akademiyasının direktoru Stenli Brard və Serbiya Futbol Federasiyasının vitse-prezidenti Draqan Corceviç turnirin qonaqları arasında yer alacaqlar.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video