Daha bir hakim "qara siyahı"ya düşdü

Daha bir hakim "qara siyahı"ya düşdü
XƏBƏR 29 May 2012 / 13:12 2058
-  A +

Yeni mövsüm öncəsi AFFA Hakimlər Komitəsi də öz heyətində nəzərəçarpacaq dəyişikliklər edəcək.

Qol.Az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, qışda Antalya toplanışında iştirak edən bəzi hakimlər gələn ay nəzərdə tutulan yay toplanışına aparılmayacaq. Təcrübəli hakimlərdən olan Rövşən Əhmədov isə, ümumiyyətlə, növbəti mövsüm AFFA Hakimlər Komitəsinin planlarına daxil deyil. Bir sözlə, daha Premyer Liqada ona oyun verilməyəcək.
 
Qeyd edək ki, Əhmədov geridə qalan mövsüm bir sıra ciddi səhvlərlə yadda qalmışdı. Onun “Bakı”-“Simurq”, “Simurq”-“Neftçi”, “Sumqayıt”-“Turan” qarşılaşmalarında buraxdığı səhvlər böyük qalmaqallara səbəb olmuşdu.

Son xəbərlər