Dünən səfərdə ağır şərtlər altında “Qəbələ”ni məğlub etməsinə baxmayaraq, Qyoko Haciyevski yetirmələrinə istirahət imkanı verməyib. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, buna səbəb çərşənbə günü “Qarabağ”la keçiriləcək ölkə kubokunun ilk yarımfinal matçıdır. Komanda bu gün saat 16:00-da “Ədliyyə” stadionunda məşqə çıxacaq. Axşam isə “Musado” otelində təlim-məşq toplanışına yığışacaq. Sabah “Qarabağ” kimi “Bakı” da Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi son məşqini keçəcək. Zədəsini sağaldan argentinalı Fernando Peresin də sıraya döndüyünü qeyd etmək yerinə düşər.
DÇ-2026-nı buraxacaq
Tarixin 70-cisi
“Latsio” sonda sevindi
"Bu uğurun sirri barədə danışmaq çətindir" - Kurban Berdiyev