Rövnəq Abdullayev: "Avro-2020"yə hazırlıqla bağlı problem olmayacaq"

Rövnəq Abdullayev: "Avro-2020"yə hazırlıqla bağlı problem olmayacaq"
XƏBƏR 25 May 2012 / 18:43 1854
-  A +

"Azərbaycanda 2020-ci il futbol üzrə Avropa çempionatına hazırlıqla bağlı problem olmayacaq".

Bu barədə jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev bildirib.

Bundan əvvəl Azərbaycan və Gürcüstanın 2020-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etməsi üçün birgə ərizənin verilməsinə dair qərar qəbul edilib.

"Çempionatın keçirilməsi üçün iki ölkədə səkkiz stadionun olması vacibdir. Hazırda Azərbaycanda 65 min tamaşaçı tutumlu yeni stadion tikilir, eləcə də Tofiq Bəhramov adına Respublika stadionunun rekonstruksiyası və modernləşdirilməsi işləri də başa çatır" - deyə R.Abdullayev bildirib.

AFFA rəhbərinin sözlərinə görə, daha iki stadionun tikilməsi Azərbaycan üçün çətin olmayacaq.

Qeyd edək ki, Azərbaycanın 2020-ci il futbol üzrə Avropa çempionatına Gürcüstanla birgə ev sahibliyi etmək niyyəti mayın 24-25-də FİFA-nin Budapeştdə keçirilən konqresində elan edilib. (Trend)

Son xəbərlər