Gürcüstan Azərbaycanın "Avro-2020"nin keçirilməsi üzrə ərizəyə qoşulmasını alqışlayır

XƏBƏR 25 May 2012 / 18:24 1632
-  A +

Gürcüstan Azərbaycanın futbol üzrə 2020-ci il Avropa çempionatının keçirilməsi üzrə ərizəyə qoşulmasını alqışlayır. 

Trend İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Tbilisidə idman və gənclərlə iş üzrə nazir Lado Vardzelaşvili bildirib.

O qeyd edib ki, Gürcüstan və Azərbaycanın birlikdə 2020-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək şansları böyükdür.

"Biz birlikdə futbol üzrə Avropa çempionatı kimi irimiqyaslı tədbir üçün zəruri olan bütün hazırlıq işlərinin öhdəsindən uğurla gələ bilərik” deyə nazir bildirib.

Öz növbəsində, Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava məlumat verib ki, artıq gələn həftədən Gürcüstan-Azərbaycan işçi qrupu "Avro-2020"yə ev sahibliyi üzrə birgə layihə üzərində işləməyə başlayacaqlar. Bu layihə iyunun 30-da Kiyevdə keçiriləcək UEFA-nın İcraiyyə Komitəsinin iclasında təqdim ediləcək.

Son xəbərlər