Nataliya Mustafayeva Dünya kubokunun II mərhələsində yarımfinala yüksəlib.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, mayın 25-də İsveçrənin Lütsern şəhərində akademik avarçəkmə üzrə Dünya kubokunun II mərhələsi start götürüb.
Nüfuzlu yarışda Azərbaycanı Nataliya Mustafayeva təmsil edir. O, mübarizəyə milli komandamızın baş məşqçisi Rudiger Hauffenin rəhbərliyi altında qatılıb. Qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) çıxış edən Mustafayeva 2000 metr məsafəni 7 dəqiqə 37,52 saniyəyə qət edib. O, ötənilki dünya çempionatının gümüş mükafatçısı, avstraliyalı Kim Krou (7:27.09) və son 2 dünya çempionatının bürünc mükafatçısı, yeni zelandiyalı Emma Tviqqdən (7:31.17) geri qalıb.
Bununla belə, təmsilçimiz özündən irəli buraxdığı avarçəkənlərlə bərabər birbaşa mayın 26-da keçiriləcək yarımfinala yüksəlib. Növbəti mərhələdə o, ilk “3-lüy”ə düşəcəyi halda, əsas finala çıxacaq. Həlledici yürüş isə mayın 27-də Bakı vaxtı ilə saat 17:25-də olacaq.
Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya oyunlarında mübarizə aparacaq Nataliya Mustafayeva daha öncə Dünya kubokunun I mərhələsində bürünc medal qazanıb.
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu