Abdulovla bağlı qərarı Sxadadze verəcək

Abdulovla bağlı qərarı Sxadadze verəcək
XƏBƏR 25 May 2012 / 17:20 1760
-  A +

“İnter”in gənc futbolçusu Elnur Abdulovun komandada qalıb-qalmayacağı hələ ki, məlum deyil.

“Bankirlər”in meneceri Səbuhi Səfiyarlının Qol.Az-a verdiyi açıqlamaya görə, bununla bağlı qərarı komandanın baş məşqçisi Kaxaber Sxadadze verəcək. Elnurun “İnter”dəki taleyinə komanda istirahətdən qayıtdıqdan sonra aydınlıq gələcək.
 
Qeyd edək ki, Elnur mövsümə yaxşı başlasa da, sonradan Sxadadze onu ehtiyatda saxlamağa başladı. Gürcünün fikrincə, bir neçə oyunda fərqlənən gənc yarımmüdafiəçi sonradan "ulduz xəstəliyi"nə tutuldu. Futbolçunun xüsusilə, mətbuata verdiyi müsahibə baş məşqçini qıcıqlandırmışdı və o, Abdulova xitabən “futbolçu futbol oynamalıdır, müsahibə verməli deyil” fikrini səsləndirmişdi.

Son xəbərlər