2012-ci il martın 21-də Türkiyənin İstanbul şəhərində keçirilmiş UEFA İcraiyyə Komitəsinin iclasında bir sıra qərarlar qəbul edilib. Həmin qərarlardan biri də Avro-2020-nin keçirilməsi üçün üzv ölkələrdən yarışa ev sahibliyi etməklə əlaqədar müraciətlərin qəbulu ilə bağlı olub. Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, qərara uyğun olaraq, UEFA katibliyi tərəfindən hər bir üzv assosiasiyaya müvafiq qaydada məlumat göndərilib.
Prosedura uyğun olaraq, ilk növbədə, yarışa ev sahibliyi etmək istəyən assosiasiya yazılı şəkildə niyyətini UEFA-ya bəyan etməlidir. 2012-ci il iyunun 30-da, Ukraynanın paytaxtı Kiyevdə Avro-2020-nin ev sahibliyi ilə bağlı tenderin Əsasnaməsi İşçi Qrup tərəfindən UEFA İcraiyyə Komitəsinə təqdim olunacaq və tender sənədləri niyyət bəyannaməsi təqdim etmiş ölkələrə göndəriləcək. Avro-2020-yə ev sahibliyinə namizəd assosiasiyalara bütün müvafiq sənədlərin təqdim olunması üçün 18 ay vaxt veriləcək. Təqdim olunmuş sənədlər əsasında UEFA İcraiyyə Komitəsi 2013-cü ilin sonu və ya 2014-cü ilin əvvəlində Avro-2020-yə ev sahibliyi edəcək ölkənin adını açıqlayacaq.
Avro-2020-yə ev sahibliyi etməklə bağlı AFFA ilə Gürcüstan Futbol Federasiyası arasında məsləhətləşmələr aparılıb və bu böyük turnirə birgə ev sahibliyi etmək üçün namizədliyin irəli sürülməsi ilə bağlı qərar qəbul olunub. Bu qərar əsasında tərəflər UEFA-ya yazılı şəkildə müraciət edərək Avro-2020-nin Azərbaycan və Gürcüstanda birgə olaraq keçirilməsi ilə bağlı niyyətini bəyan edib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə