Türkiyənin ən yaxşı qapıçılarından sayılan Rüştü Rəncbər milli komanda ilə vidalaşmağı qərara alıb.
Qol.Az-ın məlumatına görə, 39 yaşlı qolkiper “ay-ulduzlu” formaya vida deməzdən öncə “Habertürk”ə açıqlama verib.
O, əlindəki Türkiyə bayrağını göyə qaldıraraq deyib: “Bu bayrağı çox dalğalandırdım. İndi də komanda yoldaşlarıma qürurla təslim edəcəyəm. İnanıram ki, onlar da daha yüksək səviyyədə daşıyacaq və xalqımızı yenə xoşbəxt edəcəklər”.
Özünü yaxşı hiss etdiyini və futbolçu karyerasını davam etdirəcəyini söyləyən Rüşdü “Beşiktaş”dakı taleyinə hələ aydınlıq gəlmədiyini açıqlayıb. Onun sözlərinə görə, Fatih Terimin yığmanın sükanı arxasına keçməsi ilə başlanan formalaşdırılma prosesi indi Abdullah Avcının rəhbərliyi ilə gedir.
Əslində Rəncbər Gürcüstanla yoldaşlıq görüşündə Türkiyə yığması ilə vidalaşmaq istəyib. Lakin heyətdəki qapıçıların zədəli olması vidanı təxirə salıb. Volkan Dəmirəl sağalacağı halda Rüşdünün vida matçı erkən vaxta keçiriləcək. Bu zaman Rüşdü “Mənə ehtiyacınız olduğunuz müddətdə düşərgədə qalacağam” deyərək, milli komanda naminə bir daha fədakarlıq edib.
Qeyd edək ki, Rüştü Rəncbər Türkiyə yığmasının formasını 1994 – 2009-cu illərdə 120 dəfə geyinib. O, 2008-ci il Avropa çempionatının ¼ finalında Xorvatiya yığmasına qarşı keçirdikləri oyunu əsla unutmadığını söyləyib. Rüşdünün ən çox pərişan olduğu isə 2002-ci il dünya çempionatının yarımfinalında Braziliyaya 0:1 hesabı ilə uduzduqları görüş olub: “Hələ 2008-ci il Avropa çempionatından karyerama son nöqtəni qoymuşdum. Ardından Fatih Terim məni Ermənistanla 2010-cu il dünya çempionatının oyununa dəvət etdi. Həmin oyundan sonra da vidalaşmaq istəyirdim. Amma Abdullah Avcı sağ olsun, jest etdi və dəvət göndərdi”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə