"Abşeron"un sabiq baş məşqçisi Mirbağır İsayev Qol.Az saytına müsahibə verib
- Hazırda nə işlə məşğulsunuz?
- Naxçıvandayam, AFFA-nın təşkil etdiyi Elit Məqşçilər Kursu çərçivəsində buradan istedadlı uşaqları seçirik.
- Baş məşqçi kimi fəaliyyətiniz gündəmdə deyil?
- Axı mənim federasiya ilə müqaviləm var...
- Hər halda, təklif olandan sonra qarşılıqlı razılqıla buna xitam vermək olar.
- Əgər təklif olarsa. Axı təklif yoxdur.
- Başa çatan son mövsümü necə dəyərləndirərdiniz?
- Maraqlı çempionat oldu. Əsas odur ki, son tura qədər Avropa Liqasına vəsiqə uğurunda mübarizə getdi. Əvvəllər belə şey yox idi, çempionatın sonuna doğru artıq bilinirdi ki, Avropaya kimlər gedəcək. Bu, məsələnin müsbət tərəfi sayıla bilər.
- Bəs mənfi tərəfi?
- Mənfi tərəfi ikinci “altılıq”. Çünki burada oyunların çoxu formal xarakter daşıyır. Məsələn, 7-8-9-cu pillədə qərarlaşan komandalar üçün oynamağın mənası qalmır. 7-8-ci pillədə ikinci “altılığ”a başlayan komandalar isə, ümumiyyətlə, buradakı oyunları yox, gələn mövsümü düşünməyə başlayırlar.
- Mübarizənin son tura qədər getməsini müsbət hal kimi qiymətləndirdiniz. Ancaq bir məqam da var ki, son iki mövsümdə çempionun adı sona 3 tur qalmışdan məlum olur...
- Məncə, bu, intiriqanı öldürmür. Həm də unutmayaq, “Neftçi” yeganə komandadır ki, ötən mövsümkü heyətini qorudu. Bu mənada onların ikinci dəfə ard-arda çempionluğu qazanmalarını qanunauyğunluq hesab edirəm və düşünürəm ki, “Neftçi” çempionluğa layiq idi.
- Avropkuboklara vəsiqə qazanan digər klublarımızdan nə gözləyirsiniz?
- Hamısından yaxşı nəticələr gözləyirəm, hamısına da uğurlar arzulayıram. Çox istərdim ki, heç olmasa hər biri ən azından 2 mərhələ keçsin.
- Yəqin diqqət yetirmisinizsə, avrokuboklarda oynayacaq 4 klubumuzdan üçünün baş məşqçisi yerlidir. Bu, onu sübut etmir ki, yerli məşqçilərə inanıb şans verəndə nəticə də olur?
- Bilirsiniz, bu, atıq klub rəhbərlərinin işidir. Kimin baş məşqçi təyin olunmasına onlar qərar verirlər. Siz də qeyd etdiniz ki, avrokuboklara yollanacaq 4 klubdan 3-nün-“Neftçi”, “Xəzər Lənkəran” və “Bakı”nın baş məşqçiləri yerlilərdi. Təbii ki, bu mənim üçün də çox xoşdur.
- Bir vaxtlar şərəfini qoruduğunuz “Qarabağ”ın avrokuboklardan kənar qalmasına münasibətiniz necədir?
- Açığı, inanmazdım ki, “Qarabağ”avrokuboklardan kənar qala. Mən xüsusilə, onların ilk “altılıq”da Bakıda “Bakı”nı 3:0 məğlub etdikləri oyunlarına baxdım... Sadəcə,dəhşət oynayırdılar. Ancaq sonradan nə baş verdi bilmədim. Elə həmin “Bakı”ya evdə uduzdular. Düzdür, biz kənardan baxırıq, daxildə olmadığımızdan səbəblər haqqında konkret danışa bilmərik. Ancaq onu deyə bilərəm ki, Qarabağ adının Avropada səslənməsi bizim üçün çox vacib idi. Bu mənada çox şey itirdik.
Anar XANLAROV
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə