Millimizin sabiq üzvü futbolçu karyerasını bitirdi

XƏBƏR 24 May 2012 / 16:08 2088
-  A +

“Futbolçu karyeramı bitirmək qərarına gəldim. Sadəcə, bu haqda özüm açıqlama vermək istəmirdim. Hazırda məşqçilik kurslarını oxuyuram. Millinin şərəfini qoruduğumuzdan C kateqoriyasından azadıq, birbaşa B-dən başlayırıq. İmtahanları vermişik cavablarını gözləyirik. Bundan sonra məşqçi kimi fəaliyyətə başlayacağam”.

Bu sözləri Qol.Az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Ramin Quliyev deyib. Sabiq müdafiəçi futbolçu karyerasından razı qaldığını da bildirdi: “Futbolçu karyeramdan razı qaldım. Ən yaxşısı da o oldu ki, futbolu pik nöqtədə buraxdım. Bundan sonra məşqçi kimi Azərbaycan futboluna xeyir verməyə çalışacağam”.

Qeyd edək ki, Ramin 1981-ci ildə anadan olub. Dövrünün istedadlı gəncləri kimi, onu da “Şəfa”nın yetirməsi saymaq olar. Bundan başqa, “Dinamo”, “Bakı”, “Neftçi”, “Standard” kimi klubların şərəfini qoruyub. Eyni zamanda Azərbaycan milli komandasının da formasını geyinib, Finlandiya üzərində Bakıda qazanılan tarixi qələbənin memarlarından olub.

Son xəbərlər